Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат
[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar
oldum. Vəzifə işlərilə
əlaqədar olaraq və bu dövlət böyüklərinin hüzurunda olmaq
münasibətilə Şirvan, Ermənistan, Dağıstan, Çərkəzistan
və Gürcüstan vilayətlərinin bir çox yerlərini dolandım. Anadolu
və Azərbaycan şəhərlərinə də gedib böyük şəxslər
və əhalinin müxtəlif təbəqələrinə
mənsub adamlarla görüşdüm. İran və Rum (Osmanlı) dövlətlərilə
olan müharibə və barışıq işlərində rus əsgərlərinin fərmanfərması
(baş komandanı) böyük əmir Paskeviçin yaxın adamlarından biri
oldum. Hicri 1248-ci (=1833) ildə, səyahət qəsdilə səfərə çıxıb,
iki il Don ölkəsini, Malorossiyanı, Velikorossiyanı, Lifliyandiyanı,
Litvanı və Lehistanı (Polşanı) gəzdim. Avropa ölkələrinin təcrübəli
dövlət adamları, məşhur alimləri və bilici sənətkarları ilə
görüşdüm. Bir çox qəribə işlər və saysız təəccüblü əsərlər
gördüm. Hər bir ölkədə, hər bir işdən bilik və təcrübəmi
artırdım. Get-gedə cəhalətim azaldı. Yavaş-yavaş xəyalat və
təsəvvüratımın puçluğu aydınlaşdı və gördüm ki, dünyanın
yüksək mənsəbləri çox alçaqdır və bizim əziz saydığımız
tədbirlər bir sərxoşun ağıl sınamasına bənzər; çünki mal
və dövlət hər halda puç olacaq, ixtiyar və iqtidar əldən gedəcəkdir.
Sənae cürbəcür alətlərə və bədən qüvvəsinə möhtacdır.
Şəxsi ləyaqət olmadan, nəsəb və sülalə şərafəti qürbətdə
naməlum, vətəndə isə məzəmmətə məruzdur. Bunlara təkyə etmək
mənasızdır, etibar ediləcək və arxalanacaq bir dövlət varsa,
o da hər bir halda elm və adabdan ibarətdir... Bu elm və adab da
zahirpərəst adamların boşboğazlıq edib, özləri üçün fəzilət
sandıqları mənzum kəlmələrdən və mövhumi (xəyali) qaydalardan
ibarət deyildir.
Beyt
/*
Ağlasığmaz şeyləri deyərlər,
Hiss olunan (ağlasığan) şeyləri isə, axtarmazlar.
*/
Bəlkə bu elm və
adab, sərf olunan mərifət və edilən əməldən ibarətdir
ki, bu da ümumun mənfəəti, sülh və asayiş üçün yararlıdır.
Əsərləri vasitəsilə bir çox əsrlər boyu öz xeyir və
mənfəətini saxlar...
Dünyada əsərlərin ən möhkəmi
və dayanıqlısı təlifdir. Bunun fəziləti tərifə möhtac deyildir.
Bunsuz nə məişətin səpk və qaydaları qala bilər, nə də, şəriət
işləri davam edə bilər.
Rübai
/*
Gözəl əsərlər yazan sənətkarın qələmi,
Əski rəsm və ayindən yeni bir tərh yaratmazsa,
Keçmişlərdən kim bir nişan və xəbər verə bilər,
Və kim gələcək nəslə yadigar olaraq bir töhfə qoya
bilər?
*/
Yuxarıda söylənilənlərə
nəzərən, bu kəmmaya (müəllif) firsət zamanı vaxtlarımı
cürbəcür təlifat və təsnifata sərf edərək, cüziyyatdan
başqa bir neçə nüsxə əsər yazmışam. Doğrudur bunlardan əsl
məqsəd ələ gəlməmişdir, lakin bu qədər kifayətdir ki, şərafətli
bir işdə və xeyir arzusunda olmuşam.
Beyt
/*
Hər kəs öz mətaını bazara aparar,
Birisl ipək aparar, birisi iplik.
*/
1) Ryazülqüdsdür. Azərbaycanca olub, 14 fəsildən ibarətdir...
2) Qanuni-Qüdsidir.
Fars dilinin sərf və nəhvinə aiddir. Bu əsər
elə bir yoldur ki, təhsil ölkəsinin müsafirləri bunun üç
mənzilini keçməklə fars dilinin danışmaq və
yazmaq sərhəddinə çata bilərlər.
Birinci mənzil--hərflərin
bəyanındadır. Hərflərin ayrılması, tərkibi və bunlara məxsus
nişan və əlamətləri üç fəsildə bəyan edir.
İkinci mənzil--kəlmələrin
bəyanındadır. Farsca və ərəbcə sözlərin iştiqaqını--əsl
kökdən ayrılmasını iki fəsildə göstərir.
Üçüncü mənzil--cümlələr
haqqındadır. Cümlələrin tərkibini və tərtibini iki fəsildə
sona çatdırır. Asan anlamaq və yadda saxlamaq üçün, onun bir
çox qayda və misallarını nəzmə çəkdim. Rus məktəblərində
işlənmək üçün həmin kitabı imperatorun əmrilə rus dilinə
də tərcümə etdim. Bu kitab hər iki dildə Tiflisdə çap edilmişdir.
3) Kəşfülqəraibdir.
Bu kitab farsca olub, Amerikanın, yeni yer kürəsinin yarım qərbi
hissəsi olan Yeni Dünyanın kəşfini və
vəziyyətini iki məqalədə bildirir.
4) Təhzibi-əxlaqdır.
Əxlaqi fəlsəfəni asimani kitabların bəyanatına və islam, yunan
və frəng hükəmasının təyininə görə, bir müqəddəmə, on
iki fəsil və bir xatəmədə izah edir.
5) Eynülmizandır.
Bu əsər ərəb dilində, bir müqəddəmə, iki fəsil və
bir xatəmədən ibarət olub, məntiq elmini təşkil edən ləfzin
təqsimatından, kəlmənin dəlalət yollarından, təsəvvür
və təsdiqin başlanğıc və məqsədlərindən
bəhs edir. Münazərə elmi və onun adabını izah edir.
6) Əsrarülmələkovtdur.
Heyət elminə dair farsca bir əsər olub,
əski qaydaları yeni üsul və qanunlara tətbiq və əqli
dəlilləri nəqli rəvayətlərlə təsdiq edərək, yer kürəsinin
və sair əcramın[İstinad: Planetlərin.] imkan sahəsində əhvalını,
vəziyyətlərini və onların intizamına səbəb olan qanunları söyləməklə
bərabər təhqiq edir. Bu kitabı ərəbcəyə də tərcümə etmişəm.
7) Coğrafiya kitabıdır.
Bu əsər farsca olub, dünyanın riyazi,
təbii və siyasi əhvalından, əcramın vəziyyətlərindən,
ünsürlərin xassələrindən, məvalidin (camadat, nəbatat
və heyvanatın) məhsulatından, iqlimlərin hüdudunu təyin
etmək və yer kürəsi əhalisinin siniflərini müəyyən etməkdən
və hər bir ölkənin yaşayış tərzindən bəhs edir. Bu kitabı
sona çatdırmaq dövləti, allahın yardımından asılıdır.
8) Mişkatülənvardır.
Farsca olan bu əsərdə cürbəcür sirrlər, gözəl hal və
hərəkətlər, şeir və hekayələr şəklində ifadə edilir. Başlanğıcı
belədir:
/*
Ey zöhd və təqva sahibləri, eşqi məzəmmət etməyin!
Zahidlikdə nicat asari görmədim.
Küfr ilə din kimin sərgəştəsi və heyranıdır?
Daraq kimin müşk saçan zülflərindədir?
Dimağıma canan qoxusu gəlir,
Ruh aləmindən gözəl qoxu hiss edirəm.
Bir camdan bir udum şərab içmişəm,
Bu kitabı bir adla bəzəmişəm.
O pak ruhun himməti feyzindən,
Qara torpaqdan günəş tülu etdi,
Onun vəsflərindən nə qədər söyləsəm yenə azdır,
O, insana bilmədiklərini öyrədəndir.
O şadlıq günəşi öz zərrələrilə məni işıqlandırdı,
Hər bir zərrəmdən yüz nur şöləsi parladı.
Mənim canım onun nurlarının çırağıdır,
Ürək xəzinəsi onun sirrlərinin dəfinəsidir.
Bu kitabda onun sirrlərindən yazmaq istəyirəm,
Onun nurlarının çırağını təsvir etmək olurmu?
*/
Bunlardan başqa bir də, müxtəlif
şeirlər məcmuəsi vardır ki, hələ dağınıq bir şəkildə
olduğundan «Divan» adı ilə adlanır. Bundan nümunə
olaraq bir neçə şeir yazılır:
Qəzəliyyatdan
/*
O könülə mərhəba olsun ki, onun sövdasına eşq rəhbərdir.
Eşq özü vəhy, Cəbrail, kitab[1] və peyğəmbərdir.
Bütün aləm aşiqin küfrinə fitva verir.
Bu macəra Səlman ilə Əbuzərin hekayəsidir.
Həqiqət aləmində xas və əvam yoxdur.
Rəhm ilə cövr,[2] küfr ilə iman arasında fərq yoxdur.
Bu nüktə əql tərəfindən həll edilə bilməz,
Saqi, şərab gətir!
Tainki onu sənə şərh edim, əgər mənə inanırsan.
Əməli özündən bilməyən kimsə mömin deyildir,
Əməli allaha nisbət verməyən də kafirdir.
Qüvvəsiz heç bir iş üçün aləmdə varlıq yoxdur,
Əməl bizim ixtiyarımızda olmaqla bərabər müqəddərdir[3].
Qüdsi, cənab dostdan[4] hər nə gəlsə gözəldir, yaxşıdır,
Hər bir fəsad içərisində bir səlah[5] qoyulmuşdur.
*/
[İstinad 1: Quran.]
[İstinad 2: Zülm.]
[İstinad 3: Qabaqcadan müəyyən edilmişdir.]
[İstinad 4: Allahdan.]
[İstinad 5: Xeyir iş.]
Yenə onundur:
/*
Onun zülfünün qıvrımına yol tapdım, çünki könül ələ almaq gözəldir.
Onun üzündə gördüm ki, hər şeydən yaxşılıq gözəldir,
Mənim sevgilimin üz və zülfünü bəzəmək üçün məşşatəyə ehtiyac yoxdur,
Çünki təbii gül daha gözəldir.
Onun boy və buxununun mənim gözümdə başqa bir cilvəsi vardır,
Doğrusunu söyləyim, gözəl sərv bir arxın kənarında olsa
daha gözəldir.
Sənin can bəsləyici dodağından acı söyüş şirin olar.
Allah, allah! Bu nə lütf və iltifatdır ki, hər nə desən
gözəldir!
Divanənin könlünə zəncir rahətlik verər,
Bu cəhətdən dəli könül bir zülfün qeydində olsa daha
gözəldir.
Onun dodağı üzərində olan müşk rəngində qara xal bir
ulduzun təsviridir,
Yaxud günəşə səcdə etmiş olan bir hindudür,
Bu hal daha gözəldir.
Tusli Qüdsi pak torpaqdan müqəddəslik feyzini aldı,
Bizim bakılı Qüdsinin də bakılı olması daha gözəldir.
*/
Müqəttəatdan
(Beytlərdən)
/*
Mən o şəxsəm ki, hər bir an hərbdən dəm vururam.
Düşmənin qəsdində belimi bağlayıb, əldə qılınc
durmuşam.
Ey düşmən, mən sənin ölümünün ayinəsiyəm.
Əgər inanmırsansa, gəl gör!
*/
Rübaiyyatdan
/*
Ey könül, yanmaqdan qorxmursan!
Məgər pərvanə xasiyyətindəsən?
Ey can quşu, sənin qanadını hansı daş sındırdı ki,
Öz aşiyanənə doğru gəlmək fikrində deyilsən.
*/
Qəzəliyyatdan
/*
Gün üzrə ay tüluimi ya gün kamanıdır,
Ya qaşdürər, bu cümləsi aşiq kamanıdır.
Cami-cahannümayə düşüb əksi-asiman,
Xaki-səvadı əxtəri-bəxtin nişanıdır.
Göstərsə yox əcəb yədi-beyza Kəlimi-təb.
Hala ki, şaxi-güldə təcəlla zəmanıdır.
Badi-səba əbir fişani-çəmənmidir?
Ya bustani-hüsnü rüxün bustanıdır?
Şövqi-təranə qüvvəti-pərvaz olurmu hiç,
Ol əndəlib üçün ki, qəfəs aşiyanıdır?
Dilbər bəyani-halım eşitməzsə, yox əcəb,
Pərva qılırmı əhli-cünun dasitanıdır.
Qüdsi, üzari-zərdimi əşk etdi laləgun,
Bu gülşənin baharı zamani-xəzanıdır.
*/
Rübaiyyatdan
/*
Güldür bu deyil, gül belə xandan olmaz.
Gündürmü deyil, gün gecə rəxşan olmaz.
Dirdim məlik-ü-mələk məhəbbət bilməz,
Kimdir ki, bu təşbihinə imkan olmaz.
*/