Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат
[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar
Onundur:
/*
Bu fənndən (şairlikdən) şöhrət istəmə,
Bu (şöhrət) Nizami ilə bitmişdir.
*/
İlk gənclik dövründə Vis
və Ramin kitabını Sultan Mahmud Səlcuqi adına nəzm etmişdir.
Bəziləri bu kitabı Nizami Əruziyə nisbət verirlər, lakin təlif
dövrünü nəzərə aldıqda bu fikir doğru çıxmır. Cənab Şeyx,
Əxi Fərəc Zəncaninin müridlərindən olub, ömrünün axırlarında
guşənişinlik rəsmini qəbul edərək, batinini saflaşdırmağa
məşğul olmuşdur. Bu xüsusda özü deyir:
/*
Rəna gül qönçə arasında həzin-həzin,
Mənim kimi guşənişinliyə (inzivayə) çəkilmişdir...
*/
Şeyx hicri 576-cı ( = 1181)
[İstinad: Mətndə yanlışlıq var, qəbri üzərindəki kitabəyə
əsasən Nizami 576-cı ( = 1181) ildə deyil, 605-ci ( = 1209)
ildə vəfat etmişdir.] ildə Tuğrul ibni-Arslan dövründə vəfat
etmişdir. Gəncənin yaxınlığında gözəl
bir türbəsi vardır. Xarabalığa üz tutmuş
olan bu türbənin bəzi yerlərini, Qarabağda yaşayan
qazaqlı Mirzə Adıgözəl indi təmir etdirməkdədir.
Şeyxin Məxzənüləsrar, Həft peykər, Leyli və Məcnun, Xosrov
və Şirin və İskəndərnamədən ibarət olan beş mənzum dastanını
vəfatından sonra alim adamlar toplayıb, «Xəmsə» adlandırmışlar.
Bu əsər şer sənəti nöqteyi-nəzərindən bütün dünyada məşhur
olub, müəllifinin kəskin fikrinə və qüvvətli təbinə açıq
şahiddir. Onun «Xəmsə»dən başqa 20.000 beytdən
ibarət bir divanı olmuşdur. Bu divanda
onun sənətkaranə yazılmış, qəzəliyyatı vardır.
Aşağıdakı qəzəl nümunə üçün yazılır:
/*
Dünya qaranlıq və yol çətindir, atının cilovunu çək.
Bir müddət varlıq aləmindən ruhani aləmə çəkil.
Təbiət qarğalarını ünsiyyət bağından qov, çıxar.
Səadət quşlarını imtahan toruna çək.
Elə ki, mənəviyyat aləminə aşina oldun...
Minlərcə mənəviyyat şərbətini birnəfəsə bol-bol iç.
Onun hikmətilə sərməst olunca fələkin çadırını
yıx, dağıt.
Ərşin sütununu sarsıt, göyün ipini çək.
Onun yolunu ayaqla getmə, onun camalına batini
gözlə bax.
Onun sözünü dil ilə söyləmə, onun şərabını ağızla
içmə.
Ey Nizami, bu nə əşardır ki, sənin təbindən büruzə
gəlir!
Heç bir kəs sənin rəmzini bilmir, dilini saxla, dilini saxla!
*/
USTADÜŞŞÜƏRA ƏBÜLÜLA
GƏNCƏVİ
Onun haqqında ancaq bu qədər
məlumdur ki, o böyük xaqan Mənuçehrin dövründə Şirvanın məliküşşüərası
olub, yüksək bir şən və iqtidara malik olmuşdur. Xaqani və Fələki
onun şagirdlərindəndir. Həmdüllah Mustovfi Tarixi-küzidədə yazır
ki, Əbülüla öz qızını Xaqaniyə verdi. Əbülülanın qızını
almaq istəyən Fələki bundan incidi və köçüb getmək istədi.
Ustadı ona 20.000 dirhəm bağışlayıb dedi: bu əlli türk kənizinin
qiymətidir ki, hər biri mənim qızımdan daha gözəldir. Fələki
buna razı oldu. Xaqani yüksək mövqe və şöhrətə malik olandan
sonra, qürrələnib ustadının xatirini incidirdi. Əbülüla bu xüsusda
deyir:
Qitə
/*
Sən ey Əfzələddin, əgər doğrusunu soruşsan,
Sənin əziz canına and olsun ki, səndən razı deyiləm.
Sənin adın Şirvanda dülgər oğlu idi,
Sənə Xaqani ləqəbini mən verdim,
Sənə çox yaxşılıq etdim.
Sənə oğul deyib, müəllimin oldum.
İndi nə üçün mənim hörmətimi saxlamırsan?
Sənə qız, mal və şöhrət verdim.
Mənə nə qədər deyəcəksən ki, bir çox sözlər söylədin!
Bu cür sözlər yadımda deyildir.
Söyləmədim-söylədim, söylədim-söyləmədim,
Verdim-vermədim, vermədim-verdim.
*/
HÜSSANÜLƏCƏM
XAQANİ ŞİRVANİ
Onun ləqəbi və adı
Əfzələddin İbrahim ibni-Əli Nəccar olub, əsli Şamaxının yuxarısında
Məlhəmli kəndindəndir. Bir çox elm və fənlərdə mahir
və şerdə ustad olmuşdur. Yüksək bir mövqeə malik
olub, barmaqla göstərilirdi. Fazil kimsələr onu Hüssanüləcəm
deyə adlandırmışlar...
Əvvəllərdə təxəllüsü
Həqayiqi idi, sonralar isə, Xaqani-kəbir tərəfindən ona Xaqani
ləqəbi verilmişdir. Onun lətifələrindən biri budur ki, o bir
gün aşağıdakı beyti yazıb, xaqanın hüzuruna göndərdi:
/*
Mənə bir kürk bağışla ki, məni qucağına alsın,
Yaxud bir gözəl sevgili ver ki, qucağıma alım.
*/
Vəşəq, dəri kürkə
deyilir, vişaq isə sevgilinin çöhrəsindən ibarətdir. Xaqan
qəzəblənib, Xaqanini öldürməyə əmr verdi. Xaqanın qəzəbi
ona görə idi ki, nə üçün hər ikisini birdən istəməmişdir.
Xaqani bunu xəbər alınca, bir milçək tutub Xaqanın hüzuruna göndərdi.
Milçək göndərmək ona işarə idi ki, milçək bir nöqtə əlavə
etməklə «ba vişaqi» sözünü «ya vişaqi» halına salmışdır.
Əsirəddin Axsikəti Xaqani
ilə müşaərə (şeirləşmək) arzusilə Türküstandan Şirvana
gəlmişdi. Yolda Arslan ibni-Tuğrulun iltifatına nail olub, Xaqani
ilə yazışmağa başladı. Xaqani bu qəzəli yazıb ona göndərdi:
Qitə
/*
Əql mənim barmaqlarım arasındakı qələmin xəritə
çəkənidir.
Söz mənim bir ifadəmin sevimli edəkçisidir.
Dünyanı yaradan allaha and olsun ki,
Dövr mənim dövrüm və zaman mənim zamanımdır.
Söz qəhətliyi ilində mən zəmanənin Yusifiyəm,
Mənim dilim ürəyi acların[1] mehmannəvazıdır.
Mən heç bir kəsin boşboğazlığından[2] qorxmaram,
çünki,
Mənimlə bir taledə[3] olan kimsə hələ yoxdur.
Mən şairlərin bədiiyyat ələmində vəhy alan
peyğəmbəriyəm,
Bu gün söz ecazı mənim bəyanımdadır.
*/
[İstinad 1: Söz aclarının.]
[İstinad 2: Hərzəkarlığından.]
[İstinad 3: Mənim kimi xoşbəxt.]
Axırda maddi və mənəvi
olaraq asudə yaşamaq zövqü onun könlünə düşdü
və xaqanın xidmətindən çəkilmək istədi. Xaqan onun
söhbətinə vurğun olduğundan, onun guşənişinliyə çəkilməsinə
icazə vermədi. Xaqani bir vaxt firsət tapıb Şirvandan
qaçdı. Xaqanın məmurları onu Bəyləqanda tutub, Xaqanın
hüzuruna göndərdilər. Xaqani yeddi ay Şadirvan və sair qalalarda
həbsdə qaldı. Bu xüsusda uzun və gözəl bir qəsidə yazmışdır.
Həbsdən sonra fəqr təriqətini qəbul edərək, Şirvandan çıxdı
və böyük kərəm sahibi olan Cəmaləddin Musili ilə Hicazə (Məkkəyə)
səfər etdi. Onun tərifində bir qəsidədə belə deyir:
Beyt
/*
Onu qəlbin sultanı və xəlifəsi adlandıraram, çünki
Sultan ona ata, xəlifə isə qardaş deyə yazırlar.
*/
Töhfətüliraqeyn adlı
əsərini bu səfərində yazmış və öz fəsahətini
orada göstərmişdir. Divanı çox bəzəkli olub, söz mətanəti,
ibarə və cümlə yaraşığı etibarilə son dərəcə gözəldir.
Onun mükəmməl və uzun bir qitəsindən bir neçə
beyt qeyd olunur:
/*
Ey ibrətbin olan könül, gözünlə yaxşı bax!
Mədayin sarayını bir ibrət güzgüsü bil.
Bu həmin saraydır ki, xalqın üzünün nəqşindən,
Qapısının torpağı nigaristan divarına dönmüşdü.
Bu həmin dərgahdır ki, buraya Diləm,
Babilistan, Hindistan və Türküstan şahları
gələrdilər.
Elə zənn et ki, həmin dövrdür, təfəkkür gözilə,
Sarayın dərgahının silsiləsinə və eyvanının dəbdəbəsinə bax.
Yer kürəsi sərxoşdur, çünki şərab əvəzinə,
Hürmüzün qafa tasında Nuşirəvanın ürəyinin
qanını içmişdir.
Üzüm tənəyinin verdiyi şərab, Şirinin dodağının,
qanıdır.
Kəndlinin qoyduğu şərab küpü də, Pərvizin su və
palçığilə yoğrulmuşdur.
Burada nə üçün ağlayırsan deyə mənim gözlərimə
gülürsən,
Burada ağlamayan gözlərə gülərlər.
Sən bilirmisən, Mədayini Kufə ilə bərabər tut.
Sinəndən təndir[1] və gözlərindən tufan tələb et.
Bu bəsirət dəryasını gör, buna iştirak etmədən keçib
getmə.
Belə bir dəniz kənarından susuz keçmək olmaz.
Ey Xaqani! Bu dərgahdan[2] ibrət dilənçiliyi et,
Tainki bundan sonra sənin qapından da xaqan
dilənçilik etsin.
Səyahətdən gələnlərin dostlara hədiyyə gətirməsi
adətdir,
Mənim bu mənzuməm də, dostların xatirəsi üçün bir
hədiyyədir.
*/
[İstinad1: Od.]
[İstinad2: Mədayindən.]
Müxtəlif rəvayətlərə görə, Xaqani hicri 590-cı (=1194) və yaxud 595-ci (=1198/9) ildə vəfat etmişdir. O, Təbrizin Sürxab adlı məhəlləsində, Məqbərətüşşüərada[İstinad: Şairlər qəbristanında.]
basdırılmışdır.
FƏLƏKİ ŞİRVANİ
Məşhur alimlərdən və fəsahətli şairlərdən biri olmuşdur. Adı Məhəmməd, doğulduğu və öldüyü yer Şamaxıdır. Fələki gəncliyindən nücum elmini təhsil etməyə başlamışdır. Fitri istedad və qabiliyyətinə görə , bu elmi mükəmməl bir surətdə öyrənmiş və şer söyləməyə də rəğbət göstərmişdir. İxtisasına uyğun olaraq «Fələki» təxəllüsünü qəbul etmişdir.
Şirvanşahın mədhində yazdığı
bir qəsidədə deyir:
/*
Sən yüksəklik və alicənablığın səması, dünya nöqtəsinin mühitisən,
Sən gözəl xülq və səxavət dünyası, bəşər ailəsinin
çırağısan.
Sən beşinci iqlimin padişahı, yeddi səyyarənin
fövqündə səkkizinci yeganə bir ulduzsan,
Sən böyüklükdə ikinci Cəmşid, əzəmətdə padişahlar
padişahısan.
Sən Zühəl dərəcəli, qəza əlli, qədər müradlı və
fələk kinəlisən.
Sən şimal təbiətli, sübh qədər parlaq,
Məsiha təsirli və mələk nəfəslisən.
Sən Arəş kimi rəyi bəyənilmiş, Bəhmən kimi
səxavətlisən,
Sən Rüstəm kimi cahangir, Neyrəm kimi hünərlisən.
Günəş üzlü Mənuçehr səmanın günəşidir,
O, qaranlıq aləmin üzündən zülm tüstüsünü sildi.
*/
İZZƏDDİN ŞİRVANİ
Öz əsrinin böyük fəzl və kəmal sahiblərindən biridir. O, fazil kimsələrin hamisi və əhli-hal adamların mürəbbisi olub, Xaqani ilə müasir idi.
Bu hissə onun şerlər
məcmuəsindəndir:
Qəsidə
/*
Səba eli çiçəklikdən ətr saçdığı halda keçərkən,
Mən reyhanların qoxusilə şirin yuxudan ayıldım
Sevgilim yüz min bəzəklə bir çəmən guşəsindən,
Əlində şərabla dolu bir piyalə ilə keçib gedirdi.
Sübh kimi yaxasının düyməsini açmış,
Yanağına göy rəngli məxmurluq dağı çəkilmişdi.
Şəbnəm damlası altında gülnar yarpağı kimi,
Onun yanaqları şərab hərarətindən tərləmişdi.
Bağçada ruzgarın əsməsilə qızıl gül budağı kimi,
Onun gözəl qaməti badənin təsirindən əyilmiş kimi
idi.
Onun gümüş kimi olan sinəsində köynəyin izi
qalmışdı,
Onun lətif dodaqları nəfəs çəkmədən pörtüşmüşdü.
O, güldüyü zaman ləl kimi olan dodaqlarının şəkli,
Yüksək dərəcəli Cəmşidin üzüyünə bənzəyir.
Onun ədaləti sayəsində məzlumların qapıları,
Əmn və amanlıqdan arxalarını fəraqət divarına
söykəmişdir[1].
*/
[İstinad1: Açıq qalmışdır.]
Yenə onundur:
/*
Dünən gecə fələk məni sənin məhəllənə düşmüş
görüb dedi:
--Soruşmursan, səni bu günə salan kimdir?
Dedim:--Onun gözəl gözləridir, dedi:--Heyhat!
Onlar (gözlər) sərxoşdurlar, çıx, get, ta səni
öldürməsinlər.
*/
MÜCİRƏDDİN BƏYLƏQANİ
O, gənclik zamanında Şirvana
gedib, Xaqaninin xidmətində olmuş və onun əfkarını
qələmə almaqla məşğul olmuşdur. Xaqaninin yaxın qohumlarından
birinə aşiq olmuş Mücirəddin rədd cavabı alınca, naümid bir
halda Şirvanı tərk etmişdir. Sultan Məsud zamanında və ondan
sonra da Tuğrul ibni-Arslanın anasını alıb, illərcə səlcuqilər
dövlətinin vəkili olan və bir padişah kimi hökm sürən səxavətli,
hünərli və elmi sevən atabək Eldəgəzin hüzuruna getmişdir.
O, atabək Eldəgəzin ən yaxın adamlarından olub, cah və calal
ilə yaşamışdır. Atabək Eldəgəz və Qızıl Arslan haqqında
gözəl qəsidələri vardır.
Mücirəddin bir vaxt hökumət
vergilərini toplamaq üçün İsfahana getmişdi. Buranın fazilləri
onu istədiyi kimi qarşılamamışdılar. O, bu xüsusda belə yazır:
Rübai
/*
Elə xəyal etdim ki, İsfahandan ruha qida olur.
Mürüvvət və insaf mədəndən çıxarılmaz bir ləldir.
Nə bilim ki, İsfahandan sürmə çıxarıldığı halda,
Bütün İsfahan xalqı kordur.
*/
Onun divanındandır:
Qitə
/*
Susən çiçəyinin ağzından ona görə süd qoxusu gəlir ki,
Hələ səba ruzgarının məməsi onun ağzındadır.
On dili vardır, (bununla belə) danışmır. O haqlıdır,
Belə bir ömür ki, onun vardır, daha nə söz ola bilər.
*/
Yenə onundur:
/*
Demişsən ki, sənin üzərindən kölgəmi[1] götürərəm,
Torpaq (yer) üzərindən kölgəni necə götürmək olar?
Sən məni gözdən saldın, lakin,
Əzəmətli şahın kərəmi məni yüksəltdi.
Qızıl Arslan şahın səxavət əli və ürəyi,
Dünyada dəniz və mədənin vüsətini heçə endirmişdir.
*/
[İstinad1: Himayəmi.]
Rübai
/*