A.Bakıxanov - Gülüstani-İrəm

Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат

Краткое описание

[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar

Содержимое работы - 1 файл

A.Bakıxanov - Gülüstani-İrəm.doc

— 1,021.50 Кб (Скачать файл)

Saqi piyalədən gül rəngli şərab tökürdü, 

Çalğıçı mizrab ilə qiymətli incilər saçırdı,

Bunlardan biri fəssad[1], digəri isə təbib kəsilmişdi,

Biri nəbz tuturdu, o biri qan tökürdü.

*/

[İstinad1: Qanalan.] 
 
 
 

SEYİD   ZÜLFÜQAR   ŞİRVANİ 

Adı Qivamüddin Hüseyn ibni-Sədrəddin Əlidir, Qiymətli bir alim və yüksək dərəcəli bir şair olmuşdur. Şirvanşahın vəziri Sədr Səidülmastri haqqında uzun və mükəmməl bir qəsidə yazmışdır. Bunun müqabilində mükafat olaraq yeddi xarvar ipək almışdır. Axırda İraqa gedib, Sultan Məhəmməd Xarəzmşahın xidmətində olmağı qəbul etmişdir. O, Xarəzmşahın tarixini nəzmə çəkmiş və ondan iltifat görüb, bir çox hədiyyə almışdır. Moğol dövləti zamanında da, Abaqa xanın vəziri atabək Yusif ona hədsiz iltifat göstərmişdir. Abaqə xanın əsrində vəfat edib, Təbrizin Sürxab qəbristanında basdırılmışdır. Onun qəsidələrindən aşağıda bir neçə beyt verilir: 

/*

Tərifində yazılan kitab yığıncaqlar yaraşığıdır,

Adına oxunan xütbə məclislər bəzəyidir.

Sən şərafət məclisinin sədrisən, buna yüz bürhan və dəlil vardır.

Sənin kərəm və səxavətin yüz dəlil ilə isbat edilmişdir.

Qüvvət və qüdrət sənin əlinə, yüksəklik də sənin dərəcənə məxsusdur,

Gözəl xasiyyətlər təbiətinə, fəzilətlər isə zatinə

məxsusdur.

Siz Cəmşid dövlətli və  Cəmşid bəxtlisiniz,

Sizin ədalətiniz sayəsində, qafilədən geri qalanlar yol kəsənlərdən bac alırlar.

*/ 

Yenə onundur:

/*

Sənin yaqut kimi olan    dodağının  qarşısında Bədəxşan ləli rəngsizdir.

Sənin ay kimi olan rüxsarının üzərini hilal kimi qara bir zülf tutmuşdur.

Ey Cəmşid rütbəli və  Dara kimi cahangir olan Yusif şah!

Ulduzların padişahı  sənin qapında bir sərhəngdir.

Sənin xeyirxahlarının hərəkəti insana fəxr gətirir,

Sənin bədxahlarının adı  insanə ar gətirir.

*/ 
 
 
 

ƏBUSƏİD   ABDAL   BAKUYİ 

Yoxsul olmasına baxmayaraq, kəramətlə tanınmış və son dərəcə əliaçıq bir dərviş olmuşdur. Bakı şəhərinin xaricində  bir sovməədə oturub ibadətə məşğul idi. Azacıq olan mədaxili ilə yanına gələnləri qonaq edərdi. Sultanların fərmanları mucibincə Şibani nefti və əkinləri onun türbəsinin məsarifinə məxsus idi. Axırda bu ölkənin vəziyyətində əmələ gələn iğtişaş nəticəsində, onun məscid və mehmanxanası xarab olub, qəbri və ibadət etdiyi yer torpaq altında qalmışdır. Bu yerdə olan bir neçə ev «Xəlifə damı» adı ilə məşhurdur. 

Hicri 1232-ci (=1817) ildə, bakılı Hacı Qasım bəy Mənsurxan bəy oğlu onun qəbrini və məscidini təmir etdirmişdir. İşlərin vəziyyətindən, Bakı şəhərinin kənarındakı neft quyusundan və  onun mehmanpərvərliyindən məlum olur ki, cənab Əbusəid həmin dərvişdir ki, Məhəmməd ibni-Mahmud Amili Nəfayisülfünun adlı kitabında Sultan Ulçaytu Məhəmməd Xudabəndədən bəhs edərkən onun haqqında belə yazmışdır: 

Dərvişlərdən bir nəfər Bakı hüdudunda özü üçün bir neft quyusu qazmışdı. O, öz həyatını və gəlib-gedənlərin (müsafirlərin) xərcini bu quyunun mədaxili ilə təmin edirdi. Bir gün sultan buraya gəldi. Dərviş adəti üzrə ona xidmət etmək üçün ayağa qalxdı. Sultan ona bəxşiş vermək istədi, dərviş almayıb dedi: bu miqdar ilə ruzgarım keçir, bundan artığına ehtiyacım yoxdur. Onun sözü sultana xoş gəlib, necə yaşadığını bilmək istədi. Onun hal və əhvalı sultana məlum olunca: «Sənin səltənətinə afərin olsun» dedi. O, dərviş ilə qardaşlıq əli tutub buyurdu: məni yaddan çıxartma. Dərviş sultanın xatirini saxlayıb, hər il onun üçün hədiyyə göndərirdi. Sultan da bu hədiyyələri öz böyük xidmətkarlarından Qara Məhəmməd adlı birinə tapşırırdı ki, onları satsın və gələn mədaxili onun üçün kəfən pulu saxlasın. 
 
 
 

MÖVLANA  SEYİD   YƏHYA   BAKUYİ 

Onun haqqında ancaq bu qədər məlumdur ki, adı hicri səkkizinci əsrin ortalarında təriqət böyükləri sırasında çəkilir. Onun fəzilətləri və gözəl xasiyyətləri məşhurdur. Bakı şəhərində ona mənsub olan məscidin yanında sovməəsi, mədrəsəsi və qəbri indi də durur. 
 
 
 

MÖVLANA ŞEYX MOLLA YUSİF MÜSKÜRİ 

Onun ulu babaları... Qubanın Müskür nahiyəsinə Qarabağdan gəlmişlər. Şeyx cənabları  hicri səkkizinci əsrin ortalarında dünyaya gəlmişdir. Təriqət mərasimini təkmil etdikdən sonra, Seyid Yəhya Bakuyidən irşad xirqəsi almış və təriqət saliklərinin üzünə feyz və təbliğ qapılarını açmışdır. 

Onun nəvələri sultanların və əmirlərin yanında əziz olub, rüsumat sahibi idilər. Şeyxin məzarı və onların yurdu olan kənd Şeyxlər adı  ilə adlanmışdır. Onun əsərlərindən ancaq Bəyanüləsrar adlı ərəbcə kitabı bizə gəlib çatmışdır. Bir müqəddəmə və 24 fəsildən ibarət olan bu kitab, əşyanın maddi və mənəvi xüsusiyyətlərinə, təriqət sahibləri və füqəranın adət və adabına aid olan geniş mövzuları müxtəsər bir surətdə izah edir. Hicri səkkizinci əsrin axırında vəfat etmişdir. 
 
 
 

ƏBUTAHİR ŞİRVANİ 

Şirvanın gözəl təbli şairlərindən biridir. Elm və fəzilət cəhətdən müasirləri arasında görkəmli yer tutur. Onun haqqında aşağıdakı iki beytdən başqa heç bir şey məlum deyildir. 

/*

Mən yaşlı adamlara təəccüb edirəm

Ki, saçlarını nə  üçün boyayırlar.

Madam ki, boya ilə heç  kəs əcəldən canını qurtara

bilməz,

Onlar özlərini nə üçün incidirlər?

*/ 
 
 
 

SEYİD HƏSƏN  ŞİRVANİ 

Çox fəzilətli bir vaiz olmuşdur. Xətlərin bir çoxunu son dərəcə gözəl yazardı. Onun gözəl sözlərindəndir: 

/*

Deyirsən, o mehriban sevgiliyə  yetişmək olarmı? 

Əgər öz mənliyindən keçərsənsə, allaha aid olsun

yetişmək olar.

*/ 
 
 
 

BƏDR ŞİRVANİ 

Onun haqqında ancaq bu qədər məlumdur ki, mətanətli təbi və gözəl şerləri olmuşdur. Ömrünun bir çox illərini eyş-işrət və gözəl şer söyləməklə keçirmişdir. Bu mətlə onun şer məcmuəsindəndir: 

Beyt

/*

Sərxoşcasına, könlümün quşundan kabab hazırla,

Göz yaşımdan ona duzlu su səp.

*/ 

Dövlətşah Təzkirətüşşüərasında yazır: 

Mövlana Katibi Tərşizi, Əmir İbrahim zamanında Şirvana gəldi və onunla Bədr arasında bir çox şeirləşmə və elmi mübahisələr oldu. Deyirlər ki, Əmir İbrahim Katibiyə son dərəcə nəvaziş göstərirdi. Bir qəsidəyə mükafat olaraq ona on min dinar qızıl bağışladı. Katibi bu qədər böyük pulu bir ayın ərzində Şamaxı karvansarasında xərclədi. O, bu pulun bir hissəsini fazillərə, şairlərə və həqiqət əhllərinə payladı və bir qədərini ondan oğurladılar. Belə ki, bir gün mətbəxində bir batman un tapılmadı. O zaman bu qitəni yazıb əmirin hüzuruna göndərdi: 

/*

Dünən aşpazdan bir az şorba bişirməyi tələb etdim,

Ta bu şorbadan bizim və  qonağın işi düzəlsin.

Dedi:--Tutaq ki, ət və  quyruq tapdım, bəs onun ununu kim verər?

Dedim:--Fələkin dəyirmanını  fırladan kimsə verər.

*/ 
 
 
 

MÖVLANA ƏBDÜRRƏŞİD   İBNİ-SALEH  BAKUYİ 

Fəzilətlərilə şöhrət tapmış bir müəllifdir. Hicri 805-ci (=1403) ildə anadan olmuşdur. «Təlxisülasar və əcaibül-məlikül-qəhhar» adlı  ərəbcə bir coğrafiya kitabı yazmışdır. O, bu əsərində  ruslar, slavyanlar, varyaqlar və peçeneqlər haqqında gözəl izahat vermişdir. Avropanın məşhur alimlərindən akademik Fren bu əsərdən bir çox şey iqtibas edərək, çap olunmuş «İbn-Fədlan» adlı əsərində dərc etmişdir. 
 
 
 

MÖVLANA KƏMALƏDDİN  MƏSUD  ŞİRVANİ 

Dövrünün ən böyük alimlərindən biri olub, Sultan Hüseyn Bayqara zamanında uzun illər boyu Heratda Gövhərşad bəyim və əmir Əlişir mədrəsələrində dərs verməklə məşğul olmuşdur. Bütün Xorasan fazilləri yanında yüksək kamalatı ilə şöhrət qazanmış və Şərhi-hikmətüleyn kitabına bir haşiyə yazmışdır. Hicri 905-ci (=1500) ildə vəfat etmişdir. 
 
 
 

MÖVLANA MƏSUD ŞİRVANİ 

Əbülqazi Sultan Hüseynin şairlərindəndir. Səlis şeirlər söyləmişdir. Onun əsərlərindəndir: 

/*

Saf şərabın təsirilə  sərxoşların sinəsini yandır,

Çünki şərabdan başqa heç bir şey  mənimlə saziş etmir.

*/ 
 
 
 

ƏBDİ   ŞİRVANİ

Pak etiqadlı zərif bir kişi olmuşdur. Xəttat və gözəl bir təbə malik olmaqla bərabər, şətrənc oyununu da yaxşı oynarmış. Onun şeirlərindəndir: 

/*

Ürək yanğısından dilim ağzımda atəş kəsildi,

Ey müddəi, elə bir iş görmə ki, mənim dilimə-ağzıma

düşəsən.

*/ 
 
 
 

MÜSAHİB GƏNCƏVİ 

Onun ism və rəsmi Gəncə  və Qarabağ bəylərbəyisi Ziyad oğlu Kəlbəli xandır. II Şah Abbasa çox yaxın olub, onun həmsöhbətlərindən olduğu  üçün, Müsahib təxəllüsünü qəbul etmişdir. O, cahü-calal sahibi və siyasət işlərində sabitqədəm olmaqla bərabər, elmli və gözəl təbə malik bir zat olmuşdur. Divanı ələ    keçməmiş    olsa   da, bu   bir    neçə beyt ondandır: 

/*

Ey saqi, piyaləni gəzdir və onu içirt,

Çünki müşgül işlərimiz piyalənin gəzdirilməsilə həll

olundu.

Ey saqi, şərab piyaləsinin batinindən saflıq kəsb et,

Çünki müşgül işlərimiz piyalənin gəzdirilməsilə həll

olmuşdur.

*/ 

Yenə onundur:

/*

Ey Müsahib! Dünyanı  yandıran eşq yolunda

Məhəbbəti o uşaqdan öyrən ki,

Anası onu döymək istədikdə 

O, anasının ətəyinə sığınar.

*/ 

Yenə onundur:

/*

Onun iki qaşı bir-birinə  çatılmışdır,

Çünki o, mənimlə dilxahdan cinaq çəkmişdir.

*/ 
 
 
 

MÖVLANA  MOLLA   MİRZƏ  ŞİRVANİ

Əqli və nəqli elmlərdə  əsrinin yeganəsi olmuşdur... Şah Süleyman əsrində İsfahanda dərs və xitabətlə məşğul olmuşdur. Özündən sonra gözəl əsərlər qoyub getmişdir. Alimlərlə bir çox elmi söhbətləri olmuş, hamı onun fəzl və kamalını etiraf etmişdir... Şah Sultan Hüseyn dövründə vəfat etmişdir. 
 
 
 

MOLLA  MƏHƏMMƏD   İBN-MOLLA  NƏCƏFQULU   BAKUYİ 

Təlifat işləri və  elmi dərəcə etibarilə əsrinin mümtaz simalarından olmuşdur. Ondan bir çox gözəl əsər yadigar qalmışdır. II Mirzə  Məhəmməd xanın müəllimi olmuşdur. Şeyx Bəhaəddin Məhəmməd Amilinin «Kəşkül» adlı kitabını, Fətəli xan cənablarının xahişinə görə, o gözəl əsərə layiq bir tərzdə, ərəbcədən farscaya tərcümə etmişdir. Onunla Hacı Məhəmməd Çələbi Əlici, şiə və sünni məzhəblərini birləşdirmək haqqında təhqiqat aparmışlar. Əlici cənabları bu xüsusda ərəbcə gözəl bir kitabça yazmışdır. 
 
 
 

HACI MƏHƏMMƏD ÇƏLƏBİ  ƏLİCİ QÜLHANİ 

Bir çox elmlərdə və  xüsusən fiqh elmində zamanının ən məşhur adamlarından olmuşdur. Tədvinül-Əlici adlı kitab onun əsərlərindəndir. Fiqh qanunlarını gözəl bir tərtiblə izah edən bu əsəri ölkə alimləri çox bəyənmişlər. Yeddi dəfə Məkkə ziyarətinə getmişdir. Hicri 1223-cü (=1808) ildə vəfat etmişdir. Rus qoşunu ilə şirvanlı Mustafa xanın əsgərləri birlikdə Qudyal (Quba) şəhərindən, Quba əhalisi də xaricdən bir-birilə müharibə etməkdə idilər. Bu zaman Əlicinin cənazəsini qəbristana gətirdilər. Namaz üçün səlat çəkildikdə cənazəyə hörmət üçün hər iki tərəfin əsgərləri müharibəni dayandırıb, bir sırada durdular. 
 
 
 

MƏSTƏLİ  HACI ZEYNƏLABİDİN  ŞİRVANİ 

Hicri 1194-cü ( = 1779) ildə, şəban ayının 15-də Şamaxı şəhərində  anadan olmuşdur. Onun anadan olmasından altı ay keçəndən sonra, atası axund İskəndər köç-külfətilə tərki-vətən edərək, Kərbəlaya getmişdir... O cənab on yeddi yaşına qədər rəsmi elmlərlə məşğul olmuşdur. O, batini cazibələrlə zahiri həyatdan uzaqlaşmışdır. Əvvəl hindli Məsuməli şahın xidmətinə yetişib, sonra Bağdadda isfahanlı Nurəli şahın xidmətini ixtiyar etmişdir. Bir müddət İraqi-Əcəm, Gilan, Şirvan, Muğan və Azərbaycanda olmuşdur. Buradan Təbəristan, Xorasan, Quhistan, Zabilistan və Kabilə səyahət edərək, bir çox məşhur alimlərin və möhtərəm şəxslərin söhbətlərindən istifadə etmişdir. Uzun bir zaman Həsənəli şahın xidmətində olmuşdur. Həsənəli şah hicri 1216-cı ( = 1802) ildə Pişavər şəhərində vəfat etdikdən sonra o, Pəncab, Dehli, Ud, Allahabad, Bengalə, Gücərat və Dəkən vilayətlərinə getmişdir. Cukilər, sinasilər, birakilər və nankaşahilər, bütpərəstlər və zərdüştilərlə ünsiyyət etmişdir. Cəlalilər, mədarilər, qadirilər, dəhrilər, hüluiclər və mübahilər ilə oturub-durmağı lazım bilmişdir. Raylar, raclar, bərəhmənlər və rəgirlər firqələrilə müsahib olmuşdur. Hindistan cəzirələrinə, Sudan, Maçin və Bənadiran ölkələrinə keçib, axırda Sind vilayətinə və Multan yolu ilə, çox çətinliklə Kişmirə gəlib çıxmışdır. Bir zaman da Pənc-piran, Siyah-puşan firqələri və Binəvayan, Xakəsəran və Nankaşahiyan tayfaları ilə durub oturmuşdur. Müzəffərabad və Kabil yolu ilə Təkaristan, Türküstan, Bədəxşan dağlarına getmişdir. Nəqşbəndilər, çəşkilər və sifidcaməganların söhbətinə könül vermişdir. İsmaililər, xətailər və manuyanlarla vaxt keçirmişdir. Məzdəkilər, xürrəmilər və uyğurilərlə söhbət etmişdir. Yenə Xorasan və İraq yolu ilə Farsistana qayıtmışdır. Bu ölkənin məşhur və məruf adamlarını görmüş, zəhəbilər, nurbəxşilər və sair böyük adamların təriqətindən xəbərdar olmuşdur. Hicaz səfəri həvəsilə Darab və Hürmüz yolu ilə Ümmana və Həzrəmovta gəlmişdir. Yəmən bəndərlərini və Həbəşistan çölünü gəzib əbaxilər, zeydilər, təbərilər və kəysanilərin etiqadlarını dinləmişdir. Həcc mərasimini yerinə yetirdikdən... sonra, vəhabilər və dörd məzhəb sahiblərilə həmsöhbət olaraq Səid və Misr ölkələrinə getmişdir. Qibtilər, mülhidlər təriqətindən ibrət alıb, bu ölkənin bir çox alim və şeyxləri ilə görüşüb, Şam və Ərz-müqəddəs ölkələrinə gəlmişdir... Əməvilər, şeytanpərəstlər, cəbrilər, qədrilər, samirilər, yəhudilər və rahiblərlə ünsiyyət etmişdir. Böyük Ermənistana, Ruma, Qaramana, Yunanıstana, Qostəntiniyyəyə, Aydına, Məğrib-zəminə, Bərbəristan və Cəzair ölkələrinə səfər etmişdir. Padişahlar və bəktaşilər, rifailər, üşşaqilər və həmzadilərin təriqətçilərilə həmsöhbət olmuşdur. Nəsrilər, safilər, mövləvilər, xəlvətilər və fəramuşilərlə ülfət etmişdir. Frənglər, ermənilər və gürcülərlə oturub-duraraq, Diyarbəkir, Kiçik Ermənistan və Azərbaycan yolu ilə Tehrana getmişdir. Hüseynəli şah və Kovsərəli şahın müsahibi olmaq şərəfinə nail olmuşdur. Bir müddət həmədanlı Məczubəli şahın xidmətində qalıb, onun rəmzlərini öyrənməklə məşğul olmuşdur. Nemətullahi təriqətində təsfieyi-məvad edərək, irşad və təbliğatını kamala çatdırmışdır. 

Zahirpərəstlərdən bəzisi onu kafir hesab etdilər. İran padişahının rəyini onun əleyhinə  çevirməklə dəfi xəyalına düşdülər. O, Qələmröv yolu ilə Şiraza gəlib, oradan Kirmana getdi. Kirman hakimi İbrahim xandan çox əziyyət görüb yenə Şiraza qayıtdı. Hicri 1236-cı ( = 1821) ildə, evlənmişdir. Oranın alimlərindən--müctəhid və təqlidçilərindən bəzisi onun əleyhinə, bəzisi də ləhinə hərəkət etmişdir. Onlar öz mənfəətlərini özgənin zərərində görürdülər. Fars fərmanfərması Hüseynəli mirzə onun Fars əyalətindən çıxması haqqında hökm verdi. Hicri 1237-ci (=1822) ildə, ümumi vəba ilində öz ailəsilə bərabər İsfahana üz qoydu. Oradan da Qumişəyə gedib orada sakin oldu və Riyazüssəyahə kitabını orada təlif etdi. Bu kitabda, adı çəkilən məmləkətlərin vəziyyətini və əcibə hallarını, sultanların və məşhur alimlərin əhval və vaqiələrini şərh və izah edərək, müxtəlif din sahiblərinin və bu dinlərə mənsub bir çox firqələrin əqidələrini gözəl bir tərzdə bəyan etmişdir. Bu xüsusda özü belə deyir: 

/*

Kim asanlıqla səyahət etmək istəyirsə, 

Ona de, Riyazüssəyahə  kitabını oxusun.

*/ 

Həqiqətən bu kitab zəngin faydalar xəzinəsidir. Nəzəri və əməli cəhətdən müəllifinin fəzl və kamalına möhkəm bir dəlildir. Eşitdiyimizə görə, indi də o cənab Fars ölkəsində irşad büsatını açıb, vücudundan cürbəcür fəzilətlər meydana gəlməkdə və batini kamalatından saysız mənfəətlər görülməkdədir. 

*

Elm aləmində görkəmli yer tutan və həqiqət günəşinə nisbətən şaxis (günəş saatı) sayılan bu şəxslərdən başqa daha bir çox fəzilət sahibləri yetişmişdir. Şeyxlərdən: rudbarlı Əbuəli, şabranlı Şeyx Yaqub Çərxi, qubalı Şeyx Əbdülkərim və şirvanlı Baba Rüknəddin, üləma sinfindən: bərdəli Sədulla, qarabağlı Hənəfi, ərəşli İbrahim, ağdaşlı Bürhanəddin, şəkili Əbdürrəhim,   Məhəmmədəmin, Hacı   Əyyub   əfəndi,   şirvanlı Hacı   Axund   Şərif, bakılı Axund Nəcəfqulu və dərbəndli  Molla Ağa  elm və təqrirdə çox tanınmış simalardandırlar. Şairlərdən: Nişat, Məsih, Mirzə Əsgər,    şirvanlı Zülali,    Kosa Yusif, ləmbəranlı   Asəf,   Molla   Pənah   Vaqif,   qarabağlı   Mirzə Məhərrəm Məriz və gəncəli Ziyad oğlu Fətəli bəy hali təblərinin gözəlliyilə məşhur olmuşlar. Dağıstanda da ərəb dilində olan elmləri dərindən  bilən və müxtəlif dövrlərdə yüksək şöhrətə malik bir neçə şəxs yetişmişdir. Məsələn, Məhəmməd Qədəqi, Hacı İbrahim    Ürəvi, Fazil Eyməki, Yusif Zərir Qumuqi, Davud Üsüşi, Səid Şünasi və başqaları. 

Kitabın sonunda, bu həqir müəllif, fəzilət və şöhrət iddiası ilə deyil, bəlkə bu ölkəyə mənsubiyyəti etibarilə fəxr etmək üzündən öz tərcümeyi-halını da, qısaca olaraq bəyan edir: 

Beyt

/*

Başqaları qızıl gül və yasəmən, biz isə tikan

olsaq da,

Bir gülzarın pərvərdəsiyik.

*/ 

Bu kəmmaya, günahkar Abbasqulu Qüdsi Mirzə Məhəmməd xan sani oğlu, hicri 1208-ci ildə, zilhiccə ayının 4-də, pəncşənbə günü, 1-ci saatda (= 1794-cü ildə iyun ayının 10-da) Bakının Əmir Hacan kəndində anadan olmuşdur. 

Məni 7 yaşından oxumağa qoydular, lakin vəziyyətin qarışıqlığı və müharibələr nəticəsində olan dəyişikliklər, məqsədin lazımi qədər əldə edilməsinə    mane oldu.    10 il içərisində farsca azacıq savaddan başqa heç  bir şey qazanmadım. Bundan sonra, Qubada  10 il ərəb dili   və   sair fənləri təhsil etməklə  məşğul oldum.  Vəsaitin azlığı və

sair  maniə və əngəllərə baxmayaraq, mən yenə bir qədər təhsil almağa müvəffəq olmuşdum. Bu zaman Qafqaz ordusu və vilayətlərinin   fərmanfərması   (baş   komandanı)   general Yermolov hicri 1235-ci (=1820) ildə, məni dəvət edib,  dövləti vəzifələrdə işə təyin etdi. Tiflisdə rus dili və yazısını öyrəndim, bu dilə tərcümə edilmiş kitablar vasitəsilə cürbəcür elmlər və müxtəlif tayfaların əhvalı ilə tanış

Информация о работе A.Bakıxanov - Gülüstani-İrəm