Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат
[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar
Üsmi xanədanına aid və
bu hadisələri təsvir edən bir nüsxədə (salnamədə) yazıldığına
görə, onlar beşikdəki uşaqları belə öldürürmüşlər. Şabran
çayının sağ kənarında olan bu məşhur şəhərin xarabaları,
indi də buranın böyüklüyünü və abadlığını göstərməkdədir.
Bu fəth və müzəffəriyyət
xəbəri üsmi Əhməd xana çatdıqda o, Əli Curuq adlı bir nəfəri
ayrı bir qoşunla Quba üsyançılarının köməyinə göndərdi.
Bunlar Əhməd xanın qaynatası alpanlı Hacı Qaibin
və müskürlü Hacı Davudun bacısı oğlu Nəzirin təhriki
ilə öz əmirləri Sultan Əhməd xan ibni-Əhməd xan
ibni-Hüseyn xana qarşı üsyan etmişdilər. Az bir mühasirədən
sonra, Xudad qalası alındı. Sultan Əhməd xan da qaçdığı
zaman tərəfdarları ilə bərabər ələ keçib öldürüldü. Onun
südəmər körpə oğlu Hüseynəli xanı, tərəfdarlarından bəzisi,
gizlicə Axtı kəndinə aparıb saxladılar. Hüseynəli xan, rus padişahı
Pyotr gələn vaxt, onun əmrilə gəlib öz irsi
mülkünə sahib oldu. Hüseynəli xan, göstərdiyi
ixlas və xidmətlərinə görə, Nadir şahın əsrində də, iltifatə
nail olmuşdu. Nadir şah Səlyanı da qabaqkı qərar üzrə ona bağışlamışdı.
Xülasə, Xudad fəth edildikdən sonra, Əhməd xan üsmi
öz qoşunu, mal-dövlətlə öz tərəfinə çəkdiyi aqquşalılar
və sair yerlilərlə bərabər, Qaziqumuğun başçısı Surxay
ibni-Gəray ibni-Əli bəylə ittifaq edərək, Müskürə gəldi.
Oradan da Hacı Davud və Quba əhalisi ilə birləşərək,
otuz minə yaxın qoşunla gedib Şamaxı şəhərini mühasirəyə
aldı. Lakin o öz məqsədinə çatmayaraq geri qayıtdı. Şamaxı
əhalisi, şəhərin ətrafını hasarla möhkəmləndirib, müskürlüləri
qarət etməyə başladılar. Əhməd xan üsmi, Xasfulad
ibni-Əmir Həmzə üsmini bir dəstə ilə Müskürün
mühafizəsinə təyin etdi. Özü isə, qış qurtarandan sonra,
Dərbəndin Kafiri adlı səhrasında, Şamaxını almaq üçün Surxay
xan və başqaları ilə ittafaq etdi.
Gəray xan şamxal buna mane
olaraq xəbər göndərdi ki, mən İran dövlətinin qulluqçusuyam,
əgər siz Şamaxının üzərinə yürüsəniz, mən də sizin mülkünüzün
üstünə gələcəyəm. Buna görə, Əhməd xan öz mülkünü qorumaq
üçün getmədi. Surxay və Hacı Davud isə, öz adamları və üsminin
qoşunundan bir dəstə ilə gedib, Şamaxını 15 günlük mühasirədən
sonra, sünnilərin köməyilə, hicri 1124-cü (=1712) ildə aldılar.
Şiələri qətl-qarət etməkdə heç bir şey əsirgəmədilər. Bu
hadisə zamanı, Şirvanın yeni bəylərbəyisi Hüseyn xan və 400.000
tümən dəyərində malları olan 300 nəfərdən artıq rus taciri
öldürüldü, malları da talan edildi.
Bir azdan sonra, Surxay və
Hacı Davud əhvalatı Osmanlı dərbarına yazıb bildirərək,
o dövlətin himayəsi altına keçdilər. Sadir olan fərman mucibincə
Hacı Davud bəy Şirvan hakimi təyin olundu. Sarı Mustafa
paşa da bir dəstə qoşunla onun köməyinə göndərildi. Beləliklə,
Surxay xanın bu işlərə müdaxilə etmək yolu bağlandı. Bu səbəbə
onların arasına ziddiyyət və ayrılıq düşdü. Şəki ölkəsinin
bir çox mahallarına sahib olan Surxay, Gəncəni almağa yürüş
etdisə də məqsədə çatmadan geri döndü. Ondan sonra, Osmanlı
dövlətinin fərmanı mucibincə, Zaxurlu Əli Sultan paşa ləqəbilə
Şəki məmləkətinin və ona əlavə edilən Zaxur sancağının bəylərbəyisi
təyin edildi.
Get-Gedə İrəvan, Gəncə,
Gürcüstan və Şirvanın bir çox yerləri Rum dövlətinin ixtiyarına
keçdi. Əhməd xan üsmi, Hacı Davudun şərrini dəf etmək və osmanlılarla
müharibə etmək bəhanəsilə Şirvana gəldi. Şah Təhmasib tərəfindən
yazılan fərmanın məzmunundan anlaşıldığına görə, o özünü
İran dövlətinə tərəfdar göstərirmiş, həqiqətdə isə, qarət
fikrində idi. Bu zaman rus padişahı Pyotrun gəlməsindən xəbər
tutub öz mülkünə qayıtdı.
Qolikov,[İstinad: Qolikov (İvan İvanoviç)--rus tarixçisidir, 1735-ci ildə anadan olmuş və 1801-ci ildə vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Böyük Pyotrun fəaliyyəti» adlı kitabdır.] Pyotrun fəaliyyətindən bəhs edən tarix əsərində yazır ki, İran dövlətində səltənət işlərinin qarışıqlığını, Şirvanda rus tacirlərinin qarət edilib öldürülməsini nəzərə alaraq, rus padişahı Pyotr hicri 1134-cü ( = 1722) ildə, həziran (iyun) ayının 15-də Hacı Tərxana gəldi, İran vilayətlərinə bu məzmunda bir müraciətnamə
yazdı:
«Ləzgilərin əmiri Davud bəy və Qaziqumuq əmiri Surxay öz padişahlarına yağı olub, hicri 1125-ci (=1713) ildə, Şamaxı şəhərini yürüşlə almış, rus tacirlərini qətl və qarət etmişlər. Bu xüsusda, Hacı Tərxan bəylərbəyisi onların yanına adam göndərmişdi, biz də şahın hüzuruna elçi göndərdik, lakin bu vaxta qədər bir təsiri olmadı. İran padişahı bu fitnəkarların öhdəsindən gələ bilmir. Buna görə, biz özümüz onlara tənbih etmək və intiqam almaq
fikrilə o tərəfə
gəlirik. Hər kəs öz yerində rahat oturub asayişi pozmazsa,
bizim qoşunumuzdan ona heç bir zərər və ziyan toxunmaz;
əksinə, fəsad əhlinə kömək edənlər və ya qaçanlar
padişahın qəhr və qəzəbinə düçar olacaqlar».
Bu zaman Əmir
Mahmud Əfqan, Sultan Hüseyni İsfahanda
mühasirə etmişdi. Oğlu Təhmasib mirzə, vəliəhd və
naibüssəltənə sifətilə
Padişah özü baş
əmirlərlə gecələr gəmidə olurdu, çünki quru yol ilə
gələn süvarilərin və atların çatmasını bir neçə
gün burada gözləmək lazım idi. Bu süvari dəstəsinin gecikməsinə
yolun çətinliyi, su və ələfin azlığı və İndiri kəndinin əhalisilə
aparılan müharibə səbəb olmuşdu. Bu kəndi almaq üçun, briqadir
Veteraninin komandası altında 4 draqun polku göndərildi, onlara
taşpırıldı ki, müqavimət göstərildikdə kəndi alıb dağıtsınlar,
şamxala tabe olmaqla, yoldan keçənlərə mümaniət göstərən və
qonşu nahiyələri qarət edən o igid tayfanı, başqalarına ibrət
olmaq üçün, cəzalandırsınlar.
Kəndin yaxınlığında, dar
bir yerdə, yerli əhalidən 5000 nəfər həmin ayın 23-də onların
üzərinə töküldü. Draqunlardan 70 nəfərini öldürüb bir qədərini
də yaraladılar. Axırda, polkovnik Naumov qoşunu bu dar yerdən çıxartdı,
bir az döyüşdən sonra, kəndi alıb dağıtdı və ona od vurdu.
Əhalidən 300 nəfəri öldürüldü, sağ qalanları da qaçdılar.
Süvari qoşun və atlar
əsas orduya gəlib çatandan sonra, Pyotr 200 nəfər əsgəri
və 1000 nəfər kazağı, xəstələrlə bərabər, Aqraxan
səngərində, qayıqları da onun sahilində qoydu. Dərbənd
üçün təyin edilmiş gəmiləri Soymonovun komandası altında
yola salıb köçdü. Avqust ayının 7-də çox çətinliklə Sulaqdan
keçildi. Orada, Yaxsay əmiri Sultan Mahmud, şamxalın elçisi ilə
birlikdə gəlib, 850 baş qaramal və 9 baş cins at peşkəş gətirdilər,
öz ixlas və itaətlərini bildirdilər. Beləliklə, o şanlı padişahdan
çox iltifat görüb, öz hüquqlarının təsdiqinə də nail oldular.
Pyotr hər yerdə ordunun
pişdarları ilə qabaqda gedirdi. Şamxalın əmrilə
yollar üzərində quyular qazılmasına baxmayaraq yenə
bir para mənzillərdə su azlığından tənglik çəkilirdi.
Avqustun 12-də, şamxal Adil Gəray xan, Tarxunun bir ağaclığında
istiqbala gəldi; şəhər xaricində ordunun çadırları qurulmuşdu.
Padişah qoşunların hamısının toplanmasını gözləyərək, üç
gün orada qalacaq idi. Ertəsi gün, şamxal padişahı qonaq çağırdı.
Şəhəri və ətrafı nəzərdən keçirdikdən sonra, süfrə başında
cürbəcür söhbətlər danışıldı. Şamxal bu səfərdə iştirak
etmək üçün qoşun vermək arzusunda olduğunu bildirdi, o isə qəbul
etmədi. Şah orduya qayıtdıqdan sonra, Dərbənd naibi, qorçular
yüzbaşısı İmamqulu bəyin vəkilləri hüzura gəldilər. İxlas
göstərib padişahın onları himayə edəcəyinə qarşı razılıq
etdilər.
Polkovnik Naumov, başqa bir
əfsər və 12 kazakla, padişah ordusunun gəlməsi üçün lazım
olan işləri yoluna qoymaqdan ötrü Dərbəndə getdi. Naibin
göstərişi ilə, iki şimal dərvazasında, həmin gün gəmi ilə
gəlmiş olan ruslardan qarovulçu qoydular. Dərbənd qalabəyisi Sultan,
bu hadisədən əvvəl İran padişahının dərbarına getmişdi. Məmləkətin
naibi həmişə yerli əhalidən olub qalanın mühafizəsi də onun
öhdəsində olardı.
Rus padişahı avqustun 16-da Tarxudan hərəkət edib, 18-də Ötəmiş mülkünə gəldi. Bir əfsəri üç nəfər kazakla Qaytaq üsmisinə tabe olan o yerin hakimi Sultan Mahmudun yanına göndərib tabe olmağı ona təklif etdi. Sultan Mahmud isə elçiləri öldürdü; özündən, üsmi və sairlərindən topladığı 16 min qoşunla rus ordusunun üzərinə hücum etdi, nəticə də məğlub oldu. Rus süvariləri, onları Ötəmiş şəhərinin üç milliyinə qədər təqib edərək, bir çoxlarını öldürdülər və beş yüz evdən ibarət olan bu şəhəri 6 başqa kəndlə bərabər qarət edib yandırdılar. 15 min qoyun və qaramal bunların əlinə keçdi. Əsir düşən bir neçə nəfər də padişahın əmrilə öldürüldü.
Rus qoşunu avqustun 21-də
Dərbəndə girdiyi gün, istinin şiddətindən, suyun azlığından
və tozanaqlı bərk küləkdən çox əziyyət
çəkdi. Dərbənd şəhərinin xaricində, naib İmamqulu bəy bir
dəstə üləma və sair əsnaf ilə, gümüş açarı bir məcməinin
içərisinə qoyub, istiqbal mərasimi ilə təqdim edərək, razılıq
və təşəkkür izhar etdi. Pyotr nizami yürüş və əsgəri musiqi
ilə qalaya daxil oldu, 203 top ələ keçdi. Piyada qoşun şəhərə
yaxın olan dəniz sahilində, draqun, kazak və sairdən ibarət olan
süvari qoşun da Mollakəndi çayı kənarında yerləşdi. Bəndər
münasib olduğuna görə, gəmilər də bu çayın ağzında dayandı.
Dərbənd şəhərini hər iki tərəfdən müdafiə etmək üçün,
bir neçə gün ərzində təcili olaraq, biri Mollakəndi çayı, digəri
isə Orta Buqam çayı kənarında iki qala tikdirildi. Naib İmamqulu
bəy, general-mayorluq rütbəsi və xanlıq ləqəbilə Dərbənd hökumətinə
və yerli qoşun sərkərdəliyinə təyin edildi.
Poruçik Lunin, bir dəstə
qoşunla dəniz yolu ilə Bakıya göndərildi ki, yeni müraciətnaməni
çatdırmaqla oranın hakimlərini və əhalisini itaətə
cəlb etsin. Bir neçə gün ərzində, Yalama ilə Bəlbələ
çayları arasında olan bütün Dərbənd və Müskür
ətrafı rus əsgərlərinin əlinə keçdi. Müskürün bütün
kəndləri əhalinin iğtişaşı üzündən xaraba qalmışdı. Ancaq
Dədəli kəndində Hacı Davudun daş hasarlı evi qalmışdı, qarovulçular
burada sakin oldular.
Lunin Bakıdan qayıdıb
ərz etdi ki, Bakı əhalisi onu şəhərə buraxmadı...
Pyotr qəzəblənib istədi ki, onları zorla tabe etsin, lakin qayıtmasına
səbəb olan maniələrə görə, o bu işi gələn ilə qoydu.
Dərbənd xaricdən, dağdan
dənizə doğru çəkilmiş iki hasarla əhatə edilmişdir.
Daxildən isə, dörd hissəyə bölünmüşdür. Bu hissələr
bir-birindən divarlarla ayrılır. Birincisi hamıdan yüksək və
daha kiçik olan Narınqaladır. Ruslar əvvəlcə buranı aldılar
və əhalisini tamamilə çıxarıb kənara göndərdilər. Padişah
özü burada sakin oldu. Ortadakı iki hissədə naib, tacirlər və
xalq əsnafının evləri, karvansaralar və sair yerləşmişdi. Padişah
burada olduğu zaman, boş qalan və Dubaru adı ilə məşhur dördüncü
hissədə iki qazarma, yəni saldatxana və bir də sursat ambarı tikildi.
Gəmilərdən sursat çıxaran zaman şiddətli bir tufan qalxdı, gəmilər
elə zədələndilər ki, onlara dolan suyu kəsmək mümkün olmadı.
Axırda lövbərləri kəsdilər, tufan gəmiləri sahilə atdı. Gəmilərdə
olan ərzaq isə xarab oldu. Həmçinin, Hacı Tərxandan 30 gəmi ilə
gətirilən sursat da Aqraxan bəndərində bu hala düşdü. Azuqə
hər cəhətdən çox az qalmışdı. Bu ətrafda da iğtişaş olduğundan,
taxıl ələ gətirmək mümkün deyildi. Buna görə, qoşunun Rusiyaya
qayıtması lazım görüldü.
Rus padişahına bir nəticə
əldə etmədən geri qayıtmaq çox ağır gəlirdi. O, xüsusilə
Bakını alıb, Kür çayı ağzında ticarət üçün
böyük bir şəhər bina etmək və bu çay ilə yuxarı gedərək,
Gürcüstan məsələsini də yoluna qoymaq istəyirdi. Bunlardan başqa
o, Astarabad vasitəsilə Hindistan ilə ticarət əlaqəsi yaratmaq
fikrində idi. Xülasə, qoşunun bir hissəsini Dərbənd qalasının
mühafizəsinə təyin edib, eylulun (sentyabrın) əvvəllərində
geri qayıtmağı qərara aldı. Heç bir hadisə üz vermədən Aqraxan
səngərinə çatdı. Aqraxan çayının Sulaqdan ayrıldığı yerdə,
Səlib qalası adlı bir şəhər bina etdi. Bu yerin suyu, otu və
meşəsi olduğundan dağıstanlıların təcavüzünün qarşısını
almaq və Dərbənd yolunu qorumaq üçün böyük əhəmiyyəti vardı.
Gəmilərin hərəkətini təmin etmək üçün Sulaq çayında iri
sütunlar və ağaclardan böyük bir bənd bağladı ki, Aqraxan çayının
suyu artsın. Bu ağacların bəzisi indi də suyun içərisində görünməkdədir.
Don kazaklarının atamanı
Krasnoşşekov, 1000 nəfər kazak və yeni gəlmiş 40.000
qalmıq ilə Həmri mülkünə gedib, bir çox qətl və
qarət edərək 350 nəfər əsir və 11.000 qaramal gətirdi.
İmperator, Gürcüstan valisinə və ermənilərin böyük xəlifəsinə
də elçi və məktublar göndərdi. Nəvaziş izhar edib, özünün
yenə oralara gələcəyi haqqında xatircəmlik verdi. Səlib qalasında
mühafizlər təyin etdikdən sonra, bütün süvari qoşunu quru yol
ilə yola saldı. Özü də Aqraxan bəndərini çox möhkəmləndirib,
sentyabrın 26-da gəmi ilə təcili surətdə Hacı Tərxana getdi.
Onun ardınca piyada qoşunu da general-admiral qraf Apraksin gəmilərlə
yola saldı. Qoşun yolda tufana düşərək, çox çətinliklər çəkdi.
Pyotr təşrini-əvvəlin (oktyabrıı)
4-də Hacı Tərxana gəlib çatmışdı. Gilan hakiminin himayə xahiş
edən ərizəsi yetişdi. 5 gün içərisində gəmilər hazırlandı
və səfər tədarükü görüldü. Həmin ayın 10-da polkovnik Şipov
və Soymonov iki batalyon saldatla Gilana getdilər. Pirəbazar bəndərinə
çatdıqdan sonra, Yazıkov ordunu aparmaq üçün arabadan ötrü Rəştə
göndərildi. O zaman, Təhmasib mirzə tərəfindən rus padişahı
dərbarına vəziri-əzəmin mülazimi İsmayıl bəy elçi təyin edilmişdi.
O, Talış dağlarından keçərkən, dənizdə rus gəmilərini görüncə,
Gilana qayıdıb Rəştə getdi. Buranın əhalisi, Gilan vəzirinin
evində məsləhətləşdikdən sonra cavab verdilər ki, İran padişahının
icazəsi olmadan, rus qoşunlarını öz ölkələrinə buraxa bilməzlər.
Buna görə də, gəmidə qalmağı onlara təklif etdilər.
Ruslar Pirəbazarı aldılar.
Gilan vəziri polkovnik Şipov ilə görüşdü. Onların, rus padişahı
əmrilə, himayə üçün gəldiklərinə xatircəm olunca, polkovniki
bir dəstə qoşunla Rəştə aparıb şəhərin kənarında bir karvansarada
yerləşdirdi. Lakin sülh etmək meyli olmadığından, elçini (İsmayıl
bəyi) cürbəcür bəhanələrlə Rusiyaya getməyə qoymurdu.
Hicri 1135-çi ( = 1722) ildə,
təşrini-axırın (noyabrın) 23-də, Mir Mahmud İsfahanı aldıqdan
sonra, Şah Təhmasib Qəzvində taxta oturdu. Vəzir, elçini
göndərməmək xüsusda onun hüzuruna bir ərizə yazdı və cavabına
müntəzir oldu. Ruslar bu əhvalatdan xəbər tutaraq cürbəcür vasitələrlə
elçini gəmiyə aparıb saxladılar. Şah tərəfindən qasid gəldiyi
zaman konsul Avraamov gizlicə onun istiqbalına çıxdı. Hiylə və
təməhsiləndirmək vasitəsilə fərmanın məzmununu bildi. Fərmanda
elçinin göndərilməməsi əmr olunurdu. Beləliklə, qasidi o qədər
yubatdı ki, ta Soymonov elçini kanuni-saninin (yanvarın) əvvəllərində,
«saat xoşdur» bəhanəsilə gecə yarısı, iki gəmi ilə yola saldı.
Gilan vəziri, fərmanı aldıqdan sonra, elçinin göndərilməsindən
xəbərdar olub qəmgin oldu. O, hakimlərin və yerli əhalinin məsləhəti
ilə, müharibə tədarükü görmək və qoşun toplamaqda idi. Polkovnik
Şipov da tədriclə Pirəbazardan müharibə ləvazimatı və sursat
gətirdib öz işini görürdü.
Mart ayında, Soymonov öz
məmuriyyəti mucibincə şəhər üçün yer intixab etməkdən ötrü,
gəmilərdə bir dəstə qoşunla Kür çayı ağzına getmişdi. Bu
zaman, gilanlılar rus qoşununa geri qayıtmağı təklif etdilər.
Polkovnik onlara belə cavab verdi: əvvələn, getmək üçün gəmilərimiz
yoxdur, ikincisi də, bu təklifi bizə İran padişahı etməlidir.
Axırda iş müharibə ilə nəticələndi. Gilanlılar əllərində
olan dörd top ilə, bütün günü karvansaranı topa tutdular. Polkovnik
gündüz sakit durdu, gecə 1000 nəfər saldat göndərdi. İki tərəfdən
şəhərin üstünə elə töküldülər ki, gilanlılar özlərini
toplaya bilmədilər, bir çoxları öldürüldü, qalanları da qaçdılar.
General-mayor Levaşovun komandası altında yeni qoşun gəldi, şəhəri
aldılar və onun qərb tərəfində, Qəzvin yolu üzərində bir qala
bina etdilər. Şərq tərəfdən də karvansaranı qala kimi bərkitdikləri
üçün şəhər arada qaldı.
Həmin il təmuz (iyul) ayının
6-da, general-mayor Matyuşkin 9 gəmi ilə Bakı bəndərində
lövbər atdı. Bu gəmilərdə 4 polk qoşun var idi; polk o zaman,
1000 nəfərə yaxın əsgərdən ibarət idi. Sonra, İsmayıl bəyin
Şah Təhmasib adından Bakı əhalisinə yazmış olduğu məktubu
göndərdi. Məktubda qalanın təslimi təklif edilirdi. Sultan və
Bakının əyanları elçiləri şəhərə buraxmadılar...
Ayın 21-də general sahilə
qoşun göndərdi. Şəhərdən də bir çox süvari bayıra çıxıb,
müharibəyə girişdilər və məğlub olaraq geri döndülər. Ruslar
səngər düzəltməyə məşğul oldular, yeddi gəmi də yaxınlaşıb,
qalanın toplarını susdurdular. Qumbaraların atəşindən şəhərə
böyük yanğın düşdü, qalanın hasarı bir yerdən dağıldı.
Ayın 26-na təyin edilmiş yürüş, şiddətli tufan nəticəsində
mümkün olmadı və gəmilər pərakəndə düşdü. General yenə
təslim haqqındakı danışığı təzələdi. Şəhər alındı, 72
top, barıt, güllə və sair bir çox ləvazimat ələ keçdi. 700
nəfərdən ibarət olan qala mühafizləri, öz sərkərdələri Dərgahqulu
bəylə Rusiya dövlətinin xidmətinə daxil oldular. Ölkənin hökuməti
Dərgahqulu bəyə həvalə edildi. Şəhərin qalabəyisi--sultanı,
Dərgahqulu bəyin təhrikilə, Davud bəyin dostudur deyə həbsə
alınaraq Rusiyaya göndərildi. Dərgahqulu bəy, axırda xəyanətdə
müttəhim edilərək, işdən kənar edildi, rus komendantları hökumət
işlərini öz əllərinə aldılar.
Yazılı mənbələr və
şifahi xəbərlərdən anlaşıldığı üzrə, Dərgahqulu bəy
ibni-Heybət bəy ibni-Məhəmmədhüseyn bəyin keçmiş babaları...
gilanlı Xan Əhməd hadisəsi zamanında, hicri 1000-ci ( = 1592) ildə,
Şirvana gəlib Bakıda mülk sahibi və yüzbaşı rəisi olmuşdular.
Onların imarət və qalalarının xarabaları Ramana kəndində indi
də mövcuddur. Xalq arasında belə bir rəvayət məşhurdur ki, Əmir
Hacan, Bülbülə və Ramana kəndləri xan kəndidir.
Dərgahqulu bəy keçmiş
zamanda Bakı sultanını öldürüb xan ləqəbilə
hakimiyyətə keçmişdi. Cürbəcür tədbir, vəsilə və
əhalinin ittifaqı ilə şahın dərbarı tərəfindən
də təsdiq olunmuşdu. Buna görə, yeni sultan ancaq qalanın
komendantlığı vəzifəsilə kifayətlənirdi.
Davud bəy
və Surxay bəy Bakını almaq istəyirdilər.
Lakin Dərgahqulu xan ləzgi qoşununu, şəhərin yarım ağaclığında,
o zamandan bəri Qanlıtəpə adlanan bir təpə yaxınlığında
pis bir surətdə məğlub etdi. Dərgahqulu xanın qardaşı Hüseyncan
bəy də bu davada öldürüldü. Bundan sonra Şabran və Qabıstan
mahallarında çapqınçılığa başlayıb, gündən-günə şöhrət
tapdı. Ruslar gəldiyi zaman, şəhəri təslim edib, əvvəlki vəzifəsinə
təyin edildi, Dərgah xanın hökumət mərkəzi Məşqətə kəndi
olub, bağı, imarəti və ovdanları indi də buradadır. Onun qüvvəti
və şücaəti xalq arasında məşhurdur. Dərgah xanın, Abdulla bəy
Hacı Səlim bəy oğlunu Bakı mahalına hakim təyin etməsi haqqındakı
fərmanının tarixindən və sair maddələrdən anlaşıldığına
görə, onun hökmranlığı hicri 1143-cü (=1731) ildə də davam
edirmiş. Lakin onun hansı ildə rus dövlətindən üz çevirib, bir
dəstə tərəfdarları ilə bir müddət Bakı və Şirvan ətrafını
çalıb-çapdığı və sonra gedib İran qoşununun əmirləri sırasına
keçməsi məlum deyildir. Hicri 1151-ci (=1738) ildə Nadir şahın
qardaşı İbrahim xan Carda öldürüldüyü zaman, o da yaralanıb
Zəncanda vəfat etmişdir.
Həmin il eylul (sentyabr)
ayının 12-də, bir çox danışıqlardan sonra, hökumət mərkəzi
olan Peterburqda, İsmayıl bəy Şah Təhmasib adından rus dövləti
başçıları ilə bir müahidə bağladı. Astarabaddan Dərbəndə
qədər uzanan bütün sərhəd boyu Rus dövlətinin ixtiyarına keçdi.
Rus padişahı da, Şah Təhmasibə kömək etməyi öhdəsinə aldı.
Osmanlı dövləti Şirvan
və Azərbaycan ölkələrinə yiyələnmək fikrində
idi. Müharibə elan etməklə, rus padişahını sərhəd
boyundakı vilayətlarə sahib olmaqdan saxlamaq istəyirdi.
Vəziri-əzəm İbrahim paşa isə, Rusiya dövləti ilə
dostluq arzusunda olub, müharibəyə razı olmurdu. Buna görə, elçi
göndərib Rusiya dövlətindən xahiş etdi ki, İran ölkəsini tutmaqdan
çəkinib, Hacı Davud bəyi də Şirvan hakimi tanısın. İmperator,
dostcasına mülayim cavablarla elçini geri qaytardı. Lakin, Gilanın
alınması xəbəri Osmənlı dövlətinə çatınca, vəziri-əzəm
vasitəsilə təkrar elçi gəlib, bu hadisənin səbəbini soruşdu.
O yenə cavabında dedi: mən Rum dövləti ilə əhdnaməni pozmaq
fikrində deyiləm, qoşunu da İran ölkələrini ələ keçirmək
üçün deyil, bəlkə quldurlardan intiqam almaq və məzlum şahı
himayə etmək üçün göndərmişəm. Lakin, gizlicə olaraq, Malaros
vilayətləri bəylərbəyisinə fərman yazdı ki, Rum və Krım sərhədlərində
70-80 min qoşun hazırlasın.