Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат
[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar
/*
Ruzgarın gərdişindən və fələklərin zülmündən
Ürəyimiz məhzun, ruhumuz qəmgindir.
Ey gözüm, yaş əvəzinə qan axıt ki, biz
Nadir bir xəzinəni Gəncədə torpağa basdırdıq.
*/
Özü də Ruma gedib, axırda
Nəcəfi-Əşrəfdə vəfat etdi, Sonrakı il İran dövləti ilə
çəkişməkdə olan Astara hakimi Əmir Həmzə xan Talış, mühasirə
şiddətindən cana gəlib aman istədi. Şirvana getmək üçün ona
izn verildi. Burada bir müddət Rum dövlətinin ənam və nəvazişinə
nail oldu. Lakin bir az keçəndən sonra, xain mülazimlərindən iki
nəfər onu ovlaqda öldürdü. Ailəsi də vətənə qayıtdı.
Bir neçə vaxtdan sonra Əbubəkr
mirzə ibni-Bürhan mirzə, öz oğlu Bürhanəli mirzəni
şahın dərbarına göndərib İran dövlətinin himayəsi altına
girmək istədi. O, osmanlılardan üz çevirmiş və
iğtişaş vəsaitini hazırlamaqla Şirvan vilayətini almaq fikrində
idi. Hicri 1010-cu (=1602) ildə, şəkili Şahmir xan ilə birlikdə
Kürə, Təbərsəran və sair dağlıq yerlərdən qoşun toplayıb,
Axtı və Miskincəni dağıtdı. Lakin, Ağbil ətrafında, Palasa
adlı yerdə, o zaman Şirvan valisi olan Əhməd paşa ilə vuruşub
məğlub oldu. Rumlular (türklər) Quba xalqından bir çoxunu öldürdülər.
Quba və Müskür mahallarını qarət edərək, Qusar kəndində qala
tikdirib mühafiz qoydular. Şahmir xan Şəkidə qala bilməyib İrana
getdi. Lakin məlum olmadı ki, Əbubəkr mirzənin axırı nə oldu.
Dağıstan işləri elə
qarışıq bir halda idi ki, Çoban Şamxal Qaytaq, Kürə, Avar və
Çərkəz hüdudundan Terek çayına və Xəzər dənizinə
qədər hökmran idi. O, hicri 982-ci (=1574) ildə Buynaqda vəfat
etdi. Onun oğlanlarından: Eldar Buynaq və Tarxuda; Məhəmməd Qazanışda;
Andiya Kafir Qumuqda və Gəray Hilidə hakim oldular. Lakin, bundan
sonra, bu dörd xanədana mənsub olan şamxallar yaşlarına və kamallarına
görə, bütün ölkəyə hökmran olurdular. Hicri 1187-ci (=1773)
ildən isə, şamxallıq Buynaq əmiri xanədanına keçmişdir.
Xülasə, Sultan Əhməd
Üsminin qızından olan bu dörd nəfər, Uzun Çərkəsin qızından
olan öz qardaşları Sultan Budu çankə[İstinad: Çankə--rəiyyət
qızından olan əmirzadəyə deyilir.] hesab edərək, ona ölkədən
hissə vermədilər. O da qədim Əhran şəhərinin yeri olan
Çilyurda gəldi. Burada sakin olan üç nəfər əndibli qatil ilə
Çərkəzistana getdi. Çoxlu qoşunla geri qayıtdı, qardaşları
naçar qalıb barışdılar. Sulaq və Terek çaylarının arasındakı
yerləri, Mıçıqıçın və Salatavın aşağı qismi ilə Günbətin
sərhəddi olan Qərxi dağına qədər bütün ərazini ona h issə
verdilər. O, Qumuq tayfasını öz başına toplayıb Çilyurdda yerləşdi.
Sultan Əhməd Üsmi ibni-Həsənəli Üsmi cəsarətli, ağıllı və iqtidarlı bir əmir idi. Hicri 996-cı (=1588) ildə,
Qaytağın altı əmirliyini
öz oğlu Xan Məhəmməd Üsmiyə tərk
edərək vəfat etdi. Ondan dörd böyük iş yadigar qaldı:
1) Əhalinin məşvərət
üçün toplandığı boş bir
yerdə Məcalis kəndini bina etdi.
2) Dağıstanda
indi də işlənməkdə olan bəy və çankə
kəlmələri arasındakı təfavütü müəyyənləşdirdi: bu
qanuna görə, əmir qızından olmayan əmirzadə, əmirliyə yaramaz.
3) Mülki işlərə
dair gözəl bir qanun yazdı ki, indi də Həpşi mahalı
qazisinin yanında mövcuddur, xalq çox vaxt o qanuna müraciət edir.
4) Ürcəmil və Başlı
əhalisinə mənsub olan boş yerləri, tərəkəmə mahalı təyin
etdi. Əhali əkinçiliklə məşğul
olub əldə etdikləri məhsuldan Üsmiyə cüzi bir vergi
verirdilər. Bir zaman Üsminin oğlu vergi toplamaq üçün oraya
getmişdi, Ürcəmil əhalisi onu təhqir etmişdilər.
O da, guya atasından icazəsiz gedib, öz bacısı oqlu Şamxaldan
qoşun alıb gətirdi. O mahalın böyüklərindən
bəzisinn öldürdü. Bir az zamandan sonra Üsmi özü, başlarında
üsyan havası olan sair böyükləri də bir bəhanə ilə toplayıb
öldürdü. O zaman Şirvan tərəkəmə tayfalarından bir qismi iğtişaş
şərrindən özlərinə asudə bir
yer axtarırdılar. Sultan Əhməd Üsmi, bunların bir qismini gətirib
tərəkəmə mahalı kəndlərinin binasını qoydu və onları öz
sülaləsi üçün rəiyyət və təbəə qərar verdi.
Dağıstan işlərinin belə
qarma-qarışıq bir zamanında, hicri 1002-ci (=1594) ildə, rus padişahı
Fyodor İvanoviç Dağıstana 3.000 qoşun göndərib Sulaq çayı
kənarında Qoysu adlı bir şəhər saldırdı. O, Tarxu yaxınlığında
da ikinci bir şəhər bina etmək istəyirdi. Çoban Şamxalın oğlanları
Çərkəs, Qumuq və Dağıstan tayfalarını toplayıb, ona mane oldular.
Boris Fyodoroviç Qodunov Rusiya taxtına oturunca, Dağıstanda öz
hakimiyyətini möhkəmləndirmək üçün üç qala bina etdirdi: birincisi--həmin
əvvəlki yerdə, Tarxunun yaxınlığında, ikincisi--İndiri kəndində
və üçüncüsü də indi məlum olmayan başqa bir yerdə. Bu qalaların
üçündə də mühafizlər qoydu və onların üzərində Buturlini
sərkərdə təyin etdi.
Bir müddətdən sonra, hicri
1012-ci (=1604) ildə, Sultan Bud Çərkəzistandan 13.000 əsgər gətirib
qardaşı Gəray xan Şamxal və Krım tatarlarının yardımı ilə
hər üç qala üzərinə hücum etdi. Qala mühafizləri çoxlu vuruşmadan
sonra, düşmənin vermiş olduğu sözə görə, öz vətənlərinə
qayıtmaqdan başqa çarə görmədilər. Lakin, verilən əhdin xilafına
olaraq, onları əsir etmək istədikdə, ruslar müdafiəyə başlayaraq
tamamilə qırılıb məhv oldular. Qoysunun mühafizləri də şəhəri
yandırıb öz vətənlərinə yola düşdülər.
Sultan Bud öz tayfası
ilə gəlib İndiri kəndində sakin oldu. Bütün Qumuq əmirləri,
onun oğlanları Aytəmur və Qazanalb nəslindəndirlər.
Başqa xalqlarla qarışmış olan Qumuq tayfası da bunların
nəslindəndir. İndi 5000-ə yaxın ailədən ibarət olub İndiri,
Yaxsay, Küstək, Qazi-Yurd və sair kəndlərdə yaşayırlar. Qum-Turxalı
ilə Teymur-Quyu arasında, Qoysunun sağ tərəfində sakin olan qədim
Tumanlar tayfasının da çayları və əkin yerləri var idi. Bunlar,
öz xüsusi əmirlərinin nəsli kəsildikdən sonra, gedib Qazanalb
Sultan Bud oğlu övladına tabe oldular. İndi onlar İndiri kəndinin
bir məhəlləsini təşkil edirlər.
İndiri əmirləri, öz nəsllərini
Avar xanlarına nisbət verən Günbət və Arqunay mahalı əmirlərindən
iki nəfəri öldürdülər. Bir çox vuruşmadan sonra barışıq oldu.
İndiri əmirləri Çəçən Tala, Gərmənçuq, Şalı, Ataqa və sairdən
ibarət olan Mıçıqıçın aşağı hissəsini, ölənlərin qan bahası
olaraq, varisləri Terlav adlı şəxsə verdilər. Terlav Nəşşaqdan
bir qədər əhali gətirib, bu yerləri abad etməyə başladı.
Mıçıqıç adlanan bu ölkə,
öz adını Mıçıq çayından almışdır. Mıçıqıç,
Mıçıq içi deməkdir. Özü də üç yerə ayrılır:
dağlıq, meşəlik və çöllük... Meşəlik və çöllükdən
ibarət olan Ağac Mıçıqıç və Tüz Mıçıqıç, əsrimizə
qədər Terlav övladından olan öz əmirlərinə xərc verirdilər.
Terlav oğlu əmirlərinin öz qədim mülkləri olan Günbət və Arqunayda
da dağları və başqa yerləri vardı. Bundan başqa bir kəndə də
sahib idilər, oradan hər il vergi alırdılar. Həmçinin neft mədənləri
olan Avut və Bayan kəndləri, təqribən 2000 evdən və 12 kənddən
ibarət Salatav mahalı, İndiri əmirlərinə xərac verib xidmət
edirdilər.
Hicri 1014-cü ( = 1606)
ildə Şah Abbas Azərbaycanı fəth etdikdən sonra Təbrizdə
qışladı. Köç və ailəsi ilə bərabər, hüzurunda olan
Gürcüstan valisi Aleksandr xanın oğlu Qonstantin mirzəni, xan rütbəsi
ilə Şirvan əmirülüməralığına təyin etdi. Bəzi adamlara da
əmirlik mənsəbi verdi, onlar üçün bu vilayətdə nahiyələr ayırdı.
Aleksandr xana tac, cıqqa, cəvahirlə bəzənmiş kəmər və sair
Xələtlər verib, oğlu Qonstantin xanı əmirlər və qoşunla bərabər
Gürcüstana göndərdi. Əmr etdi ki, oradan Gürcüstan qoşunu ilə
Şirvanı almağa getsin. Şirvan ölkəsinin hakimi ilə bir yerdə
olan əmirlər bunlardan ibarət idi:
1) Şahmir xan, bu adam Şəkinin
qədim valiləri nəslindən olub, bir müddət şahın hüzurunda idi.
O, Şəki əyalətinə təyin edildi; 2) Şəmsi xan Qazaqlar; 3) Şamlı
oymağından Əli xan Müvafiq; 4) Qonstantin xan ilə qohumluğu olan
türkmən Muslu Məhəmməd xanın oğlu Bəktaş sultan; 5) Tizrov
sultan Müqəddəm; 6) Çakərli Əxi sultan; 7) Şəmsəddinli Əli
xan; 8) Ərəşli Əli sultan.
Aleksandr xan öz oğlu, əmirlar
və şahın məiyyətində olan bir dəstə tüfəngçi
ilə Gürcüstana gəldi. O, Şirvan səfəri tədarükündə
səhlənkarlıq edirdi; çünki böyük oğlu və vəliəhdi Gürgin
mirzə, bu işdə ona mane olurdu. Axırda ata ilə oğlanları arasında
iş çətinə düşdü və müharibə ilə nəticələndi. Müsəlman
olan Qonstantin xan, əmirlərin və qızılbaş qoşununun köməiylə
öz atası və qardaşını bir yerdə öldürdü və Gürcüstanın
müstəqil hökmranı oldu. Sonra, səfər tədarükü görüb, hicri
1015-ci (=1606) ilin əvvəllərində, 2000 qızılbaş və bir qədər
də gürcü qoşunu ilə Şirvana hərəkət etdi. Şirvan vilayətinə
qədəm qoyunca, əyan və əhalinin çoxu təslim oldu. Şəki hakimi
Şahmir xan, bəzi əmirlərlə pişdar idi. Qəbələ hüdudunda, o
yerin hakimi Məhəmmədəmin paşa ilə müharibəyə girişib, onu
məğlub etdi. Məhəmmədəmin paşa bir dəstə rumlu ilə öldürüldü,
sağ qalanlar isə, Qəbələ qalasına çəkildilər.
Mühasirəçilər qalanı
almaq tədarükündə idilər. Şirvan bəylərbəyisi Cağal oğlu
Mahmud paşa, ətrafdakı Rum əsgərlərini Şamaxı şəhərinə topladı,
topxana və hərbi ləvazimat ilə qarşıya çıxdı. Qonstantin xan
da Qəbələ qalasında bir dəstə mühafiz qoyub, özü qalan qoşunla
düşmənin qarşısına yeridi. Ağsu çayı kənarında müharibə
atəşi alovlandı. Rumlular müharibənin əvvəlində çarxçılara,
sağ cinah və sol cinah dəstələrinə güc gətirib, özlərini mərkəzə
yetirdilər. Qızılbaş qoşunu az qalmışdı ki, məğlub olsun.
Lakin Qonstantin xan bir qol ordu ilə irəli çapıb hücuma keçdi.
Qaçmaqda olan sağ və sol cinah qoşunları öz əmirləri ilə geri
döndülər. Rumlular məğlub olub qaçmağa başladılar. Onların
bir çoxu öldürüldü, bir çoxu da əsir düşdü.
Qonstantin xan Mahmud paşanın
ardınca gedib, ona yetişdi və fərasətlə onu tanıdı.
Az qalmışdı ki, Mahmud paşanı öldürsün, gözlənmədən
Qonstantin xana dəyən bir ox yarası buna mane oldu. Min nəfər rumlu
öldürüldü, Mahmud paşa da sağ qalan qoşun ilə Şamaxı şəhərinə
gəlib qalanın müdafiəsi ilə məşğul oldu. Qəbələ qalasının
mühasirəsi üçün qalan dəstə də rumlular qaçdığı zaman, orada
dayanmayıb müharibə meydanına gəldi. Qəbələ qalasının mühafizləri
məğlubiyyət xəbərini eşidincə, şəhəri qoyub qaçdılar. Qubad
ibni-Firuzun bina etdirdiyi bu qalanın xarabaları indi də durur.
Darvazası, hasarı və çox dərin və qəribə xəndəyinin asarından
onun nə dərəcədə möhtəşəm olduğunu anlamaq olar. O biri qalaların
qalabəyiləri də Şamaxıya toplandılar. Bakı və Dərbənd qalasından
başqa rumluların əlində heç bir yer qalmadı. Qonstantin xan, şahın
hüzurunda olan təyinata müvafiq olaraq, ölkəni əmirlərə verdi.
Ölənlərin başlarını bir neçə nəfər əsir və 12 bayraqla Təbrizə,
Şah Abbasın hüzuruna göndərdi. Bu xidmətin qarşısında ona tac,
kəmər, xəncər, cəvahirlə bəzənmiş qılınc və sair ənam verildi.
Bir neçə gün sonra yarası
bir az sağaldı, gəlib Şamaxını mühasirə etməyə başladı.
Qalanı almaq üçün istədiyi topxana və qorxana şah ordusundan
göndərildi. Mühasirənin müddəti çox uzandı. Qonstantin xan çox
məğrur olduğundan, əmirlərə o qədər də əhəmiyyət vermirdi.
Camaat da (xüsusən gürcülər) iki səbəbə görə, ondan narazı
idilər: birinci səbəb din ayrılığı idi, ikinci səbəb isə,
atası Aleksandr xanın xilafına olaraq, onlarla bir padişah kimi
rəftar etməsi idi. On gündə bir dəfə də olsun onları ümumi
işlərdən ötrü öz yanına buraxmırdı. Halbuki atası bunlarla
başqa cür rəftar edərdi, əyandan olan hər bir kəs istədiyi zaman
onun yanına gedərdi. Bu səbəblərə görə əhd etdilər ki, Qonstantin
xandan üz çevirib, yanlarında olan Aleksandr xanın nəvəsini Gürcüstana
aparıb taxta oturtsunlar.
Tərəfdarlarından bir nəfər
onu bu işdən xəbərdar etdisə də, o çox məğrur olduğundan,
buna əhəmiyyət vermədi. Atasının və özünün vəziri olan Ziyaüddin
Kaşi də Qonstantin xanı gürcüləri cəzalandırmağa qoymadı.
Gözəl və faydalı nəsihətlərlə gürcülərin halını yaxşılaşdırmaq
istədi. Onlar zahirdə ixlas və səmimiyyət göstərib dedilər ki,
biz ancaq səfər və müharibənin uzanmasından təngə gəlmişik.
Artıq Şirvanda qalmağa taqətimiz yoxdur. Vəzir söz verdi ki, bir
aya kimi izn alıb onların qayıtmaq tədarükünü görsün. Beləliklə
də o, xanın ürəyini təşvişdən qurtardı.
Bir gecə keşikdə
olan gürcü zadəganlarından (aznaurlarından) bir neçəsi qarışıqlıq
salıb xanın çadırını əhatə etdilər. Şahın
Qarapiri adlı mülazimi onu bu işdən xəbərdar etdi. O da çadırın
arxasını yarıb Əli xan Müvafiqin mənzilinə qaçdı.
Gürcülər xan zənn edərək onun xadimlərindən bir neçəsini öldürdülər.
Aleksandr xanın nəvəsini ələ keçirib, toplaşdıqları yerə qayıtdılar.
Əli xanın mənzilində kərənay
çalındı, qızılbaş qoşunları hər bir tərəfdən toplandılar.
Gürcülər qoşunun toplanmasından anladılar ki, Qonstantin xan sağdır.
Valizadəni götürüb, hamısı bir yerdə Gürcüstana yola düşdülər.
Xan, ertəsi gün səhər tezdən bir dəstə ilə gedib onlara çatdı.
Gürcülər vuruşa hazırlaşıb açıq və uca bir səslə: «Sən
müsəlmansan, bizə xristian hakim lazımdır» dedilər. Xan vuruşmanı
məsləhət görməyib geri qayıtdı. Qorxusundan qalanın yanına
gəlməyib ordudan əl çəkdi. Heç bir yerdə durmadan Ərdəbilə
gəldi. Oradakı bütün ordu ləvazimatı və ticarət malları rumlulara
qənimət qaldı.
Qonstantin xan macəranı Maku
qalası yanında şahın hüzuruna ərz etdi və kömək istədi. Şah
tərəfindən qəbul edilib yardım vədəsi aldı. Lakin o, (şahdan)
icazəsiz tacirlərdən zorla və xoşla xeyli pul toplayıb yanındakı
əmirlər ilə Gürcüstana hərəkət etdi. Ləzgi, Şirvan və Otuziki
elinin yığıntı adamlarından ibarət bir çox qoşun onunla bərabər
idi. Şahmir xan da Şəki tərəfdən gəlib ona qoşuldu. Gürcülər,
şahın Qonstantin xandan narazı olduğunu bildikdə, daha da cürətlənib,
onu Qanıq çayı kənarında qarşıladılar. Qonstantin xan məğlub
edilib öldürüldü...
Onun qoşunu min fəlakətə
uğrayıb, bir hissəsi Azərbaycana, bir hissəsi də Şahmir
xanla Şəkiyə getdi. Şah Abbas Gəncə, Tiflis və Tumanis
qalalarını aldıqdan sonra, Qarabağ--Bərgüşat yolu ilə
hicri 1015-ci (=1606) ildə, qışın əvvəllərində, Şirvanı almağa
getdi. Hüzurunun xas adamlarından ağıllı və huşyar Məhəmməd
bəyi də nəsihətamiz bir məktubla Şamaxıya, bəylərbəyi Əhməd
paşanın və Rum böyüklərinin yanına göndərdi, özü isə Arasbara
gəldi.
Şəmsəddin paşa Şirvan
şeyxzadələrindən və osmanlı dövlətinin inanılmış adamlarından
biri idi. Rumlular onun məşvərətilə incə bir hiylə işlədərək,
şahın hərəkətinə mane olmaq istədilər. Məhəmməd bəyə cavab
verdilər; Şirvan bizə aid olmasa da, bizim üçün bu qış zamanı
getmək mümkün deyildir. Əgər 3-4 ay möhlət verilsə, biz özümüz
vilayəti boşaldarıq. Lakin Şamaxı şahpərəstlərindən bir neçəsi
gizli olaraq Məhəmməd bəyə məlumat verdilər ki, rumlular Şamaxını
boşaldıb, Dağıstanın yardımı ilə möhkəm Dərbənd qalasında
dayanmaq fikrindədirlər. Lakin İstanbula getmiş olan Şəmsəddin
paşa bu yaxınlarda qayıdıb gəlmişdir. Rumlular və Şirvan əhalisi
adına fərmanlar gətirib nəşr edir. Bu fərmanlarda deyilir ki,
Kəfəyə (Feodosiyaya) neçə min yeniçəri gəlmişdir. Krım valisi
Qazi Gəray xan da, tatar qoşunu ilə Şirvana hərəkət etməyə
məmurdur. Baharın əvvəllərində, hər iki tərəfdən saysız-hesabsız
Rum qoşunu yetişəcəkdir. Bundan əlavə, kəşf-kəramət göstərib
deyir: Rumdakı övliyalar ona demişlər ki, qızılbaş qoşunundan
Şamaxıya heç bir zərər və xəsarət toxunmayacaqdır. Avam xalq
da, buna inanıb, hələlik burada qalmaq fikrindədir. Xülasə, şahın
ordusu Arasbarın Xan arxından köçüb Cavad keçidinə gəldi. Rumlular
körpünü dağıtdıqlarından Kürdən kərəcilər və sal ilə keçib
Qarasuda endilər. Oradan da Şamaxıya üz qoydular. Ordunun hərbi
ləvazimatını Kürdən keçirmək üçün təqribən 10 gün vaxt
sərf etdilər. Soyuq və buz səbəbinə bir çox minik və yük heyvanı
batıb tələf oldu, yerdə qalanları da çox çətinlik çəkdi.
Şah, hicri 1015-ci ( = 1066)
ildə, ramazan ayının 10-da Yasamal keçidindən qalanın yaxınlığına
gəlib, vəziyyəti nəzərdən keçirdi. Şəhərin qərb tərəfində,
qaladan fərsəxin dörddə biri qədər aralı, iki dağ arasında
münasib bir yerdə çadır qurdurdu. Bu yerə indi də Şah yurdu və
buradakı çeşməyə Şah bulağı deyirlər. 4000 nəfərə yaxın
rumlu qalanın dərvazasını bağlayıb, müdafiə işlərilə məşğul
oldular. Şamaxı qalası bir dərənin içindədir, şəhərin və
qalanın uzunluğu isə, o dərənin eninə düşmüşdür. Şəhərin
rəiyyət evləri yerləşmiş olan əsas hissəsi cənub tərəfdə,
dağın ətəyində vaqedir. Keçmiş sultan və hakimlərin evləri
isə, şimal tərəfdəki dağa bitişik olub, daha yüksəkdədir,
Rumlular bu hissələrin hər birində bir qala düzəldib, bir-birilə
birləşdirmiş və şimaldakı qalanı yüksək burclarla möhkəmləndirmişdilər.
Şah ətrafı nəzərdən keçirəndən sonra, qazılacaq səngərlərin
yerini təyin etdi. Şimal tərəfdə xəndək qazımaq çox çətin
olduğundan, bunu Allahverdi xanın ixtiyarına verdi. Qərb tərəfdə
də beş xəndək qazılmasını əmr edərək, tərtib üzrə hər
birini bir sərkərdənin öhdəsinə tapşırdı. Xəndəyin ibtidası
uzaqdan başlanıb hər bir neçə addımda burcvari bir şəkildə
qazılır, lazımi mühafizlər təyin edilirdi. Üç aya yaxın davam
edən yağışın çoxluğundan palçıq bir dərəcəyə yetişmişdi
ki, gediş-gəliş çətinləşmişdi. Ot-ələf tapılmadığından,
ordunun minik heyvanlarını aşağıdakı otlaqlara göndərdilər.
Bu səbəbə Rum atlıları bəzən qaladan çıxıb basqın edirdilər.
Buna görə, bəzi varlılar öz atlarını gətirib, Rum süvarilərini
qaladan çıxmağa qoymadılar.
Mühasirədə olanlar,
xəndək və səngərlər üzərinə bir neçə dəfə hücum etdilərsə
də, bir iş görə bilmədilər. Gəncə qalasını almaq üçün qayrılan
topların gətirilməsi xüsusunda şah tərəfindən əmr verildi.
Ölkə işlərini nizam və intizama salmaq, rəiyyətin halını yaxşılaşdırmaqdan
ötrü Qaramanlı Zülfüqar xan Şirvanın əmirülüməralığına
təyin edildi. Bu zaman Bakı və Dərbənd qalalarının fəth edilməsi
mümkün oldu. Bu hadisənin təfsilatı belədir:
Rumlular var qüvvələrini
Şamaxı qalasını saxlamaq üçün sərf etdiklərindən,
Bakı və Dərbənd işlərilə bir o qədər məşğul
olmamışdılar. Bakı və Dərbənddə olan mühafizə dəstələrinin
sayı 200-300 nəfərdən artıq deyildi. Bunların çoxu da yerli əhalidən
olub, ancaq maaş üçün xidmət edirdi. Bir az keçəndən sonra Bakı
əhalisi şahpərəstlik izhar etdi. Bakı qalabəyisi onların bəzisini
cəzalandırmağa başladı. Onlar iğtişaş qaldırıb, rumluların
üzərinə töküldülər. Bir hissəsini qətl edib, bir hissəsini
də əsir etdilər. Ölənlərin başlarını və əsirləri şahın
hüzuruna göndərdilər. Bu xidmətlərinə qarşı osmanlılardan
alınan qənimətlər, çoxlu ənam və cayizə onlara mərhəmət edildi.
Bu möhkəm qalaya, qalabəyi və mühafizlər təyin edildi.
Rumluların xidmətində
olan bir çox Dərbənd əhalisi də bakılılar kimi hərəkət
etməyə başladı. Xacə Məhəmməd Dərbəndinin oğlu
Şah Təhmasib dövründə layiqli xidmətlər göstərmişdi. Xüsusilə
bu padişahın lütf və mərhəmətinə nail olmuşdu. O, adam göndərib,
Qaytaq üsmisi Xan Məhəmmədin oğlu Rüstəm xanı 200-300 nəfərlik
bir dəstə ilə şəhərə gətirdi və şahpərəstlik izhar etməyə
başladı. Qalabəyi Gəzər Həsən özünü itirib, 60-70 nəfər
rumlu ilə Narınqalaya çəkildi. Xacə Məhəmmədin oğlu, Dərbənddəki
yoldaşları və Üsmi xanın mülazimləri ilə şahın hüzuruna gəlib
lütf və mərhəmətinə nail oldu. Şah onların əmlak vergilərini
bağışladı. Dərbənd əhalisini divan vergilərindən azad edib,
Üsmi adına lütf və mərhəmət ifadə edən bir fərman yazdı.
Öz bacarığı ilə məşhur olan xas qulamı Mənuçehr bəyi, cığatay,
xorasanlı, iraqlı və sairdən mürəkkəb bir dəstə tüfəngçilə
qalaya qalabəyi və yollara mühafiz təyin etdi. Şahnəzər bəy
Təkəli Cığatay Şahqulu sultan Bayat, Mir Nemətullah sultan və
sairdən ibarət bəzi əmirlər və əsgərlər də onların köməyinə
getdilər. Üsmi Rüstəm xan ilə birlikdə burcların və hasarların
altından lağımlar atdılar. Bununla da qala əhlinin işini çətinləşdirdilər.
Gəzər Həsən, əmirlərin yanına adam göndərib, aman istədi,
yoldaşları ilə birlikdə şahın qulluğuna girməyi xahiş etdi.
Onun bu xahişi qəbul olundu, özü də hüzurun xidmətçiləri sırasına
keçdi.
Şahın fikri Dərbəndi möhkəmləndirmək
idi. Silahdarbaşı Gözüböyüklü Qənbər bəyi, burcları təmir
etmək və səddi möhkəmləndirmək işlərinə rəhbər təyin etdi.
Şah əmr etdi ki, mümkün qədər dənizin içərisində bir burc
tikdirib, onun divarını qalanın hasarına bitişdirsinlər. Ta ki,
su azaldığı zamanlarda da gediş-gəliş mümkün olmasın.
Qəribə asardan biri
də budur ki, burcun binasını qoyduqda, dəniz içərisində
dəmir millər ilə bir-birinə bağlı daş və
kərpicdən tikilmiş qədim bir burcun təməli meydana çıxdı.
Yeni burcun binasını bu təməlin üzərində qoydular.
Xalq arasında məşhurdur ki, quranda adı çəkilən Zülqərneyi
səddi həmin Babüləbvab səddidir. Bu sədd, Yəcuc xasiyyətli Dəşti-Qıpçaq
əhlini dəf etmək üçün dəniz kənarından Əlbürz dağına qədər
çəkilmişdir.
Bu əsnada, qabaqcadan Qazi
Gəray xanın yanına səfarətə göndərilmiş Talıb bəylə,
Hacı Bayram adlı bir nəfər gəlib dostluq məktubu gətirdi, sədaqət
və səmimiyyət izhar etdi. Bu hadisə, Şamaxı qalasında yaşayanların
iğtişaş salmasına daha çox səbəb oldu. Gürcüstan valisi Təhmurəs
xanın anası da 1000 nəfərlə gəldi. Həmçinin Dağıstan əmirləri,
Çərkəz əmirzadələri, Qaytaq üsmisi Rüstəm xanın qardaşları,
zaxurlu Əli bəy və Təbərsəran valisi Məsum xan da şahın dərbarına
üz qoydular... Məsum xan səbəbsiz qorxuya düşdü və icazəsiz
ordudan ayrılaraq, Təbərsəran yolunu tutub getdi. Şah onun ardınca
xələt və məktub göndərib könlünü aldı.