Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат
[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar
Rövzətüssəfa və Güzidə kitablarında deyilir: Əbu Übeydeyi-Cərrah Xəzər mülkünü qətl və qarət edib, Azərbaycana qayıdandan sonra, Xəzər Xaqanı türklərin müxtəlif qəbilələrindən kömək istəyib, 300 min qoşun topladı. Xaqanın oğlu Pəşəng, o cəmiyyətlə Dərbənddən keçərək, Kür və Araz çayları qavşağında düşdü. Qoşununu ətrafı çalıb-çapmağa göndərdi. Bu zaman Əbu Übeydənin qoşunu dağınıq bir halda idi. Özü də atəşgədəni dağıtmaq üçün Ocan səhrasına getmişdi. Yanında olan azacıq qoşunla xəzərlərin qarşısına çıxdı. Şiddətli bir müharibə oldu, müsəlmanlar məğlub olub çoxlu tələfat verdilər. Əbu Übeydeyi-Çərrahın özü də öldürüldü və ailəsi əsir düşdü. İslam qoşunu ilə bərabər olan və Azərbaycanın böyük adamlarından sayılan Mərdanşah da öldürüldü. Türk qoşunları Azərbaycan və Ermənistan ölkələrində qətl və qarətə başladılar. Ermənistanda zərb olunan dirhəmlərdən məlum olur ki, bu vilayət həmin iğtişaş zamanı xəlifələrin əlindən çıxmamışdır. Xülasə, bu xəbər, o dövrün xəlifəsi Hişam ibni-Əbdülməlikə[İstinad: Hişam ibni-Əbdülməlik--əməvilərdən onuncu xəlifədir. (105-125=724-743).] yetişdi. O, hicri 114-cü (=733) ildə Səid ibni-Əmri-Hərşini böyük bir qoşunla türklərin müharibəsinə göndərdi. O da, bir çox qələbələrdən sonra, Qarabağ Bəyləqanına yetşidi. Eşitdi ki, Xaqanın oğlu müsəlman qalalarından birini mühasirəyə almışdır, az qalmışdır ki, qaladakılar təslim olsunlar. Bu zaman fars şahzadələrindən Xüdavəndi-əsbi-əblağ adlı Xəzər dilini bilən bir nəfəri göndərdi ki,
qaladakılara onun gəlməsini
bildirsin. Şahzadə ertəsi gün oraya çatdı. Xəzərlər onu tutub
soruşdular: Sən kimsən və hara gedirsən? O dedi:--Ərəb sərkərdəsi
məni göndərdi ki, qaladakılara onun gəlməsini xəbər verim. Xəzərlər
ona dedilər: Əgər qurtarmaq istəyirsən, qalanın yanına
gedib de ki, ərəb qoşunu hələ çox uzaqdadır. Şahzadə dərvazaya
yaxınlaşıb səsləndi:--Ey müsəlmanlar, məni tanıyırsınız?
Sizə mücdə olsun! Səidi-Hərşi külli qoşunla Bəyləqandadır.
İki üç gündən sonra, gəlib sizə çatar. Mərd və igid olun!
Müsəlmanlar təkbir dedilər. Xəzərlər şahzadəni oradaca parça-parça etdilər və özləri də köçüb Ərdəbilə tərəf getdilər. Bu zaman ağ atlı və ağ paltarlı bir şəxs Səidin yanına gəlib dedi:--2000 nəfər xəzər 5000 islam əsiri ilə fılan yerdədirlər. Əmir casus göndərib onun sözünü təhqiq etdi, söz doğru çıxdı. Əmir 40000 nəfər götürüb, səhərə yaxın qəflətən onların üzərinə töküldü. Bir çoxunu öldürdü və əsirləri geri aldı. Qılıncdan qurtaranlar Xaqan oğlunun ordusuna qaçdılar. Səid külli qənimətlə geri qayıtdı. Ağ atlı yenə gəldi, Səid ona dedi:--Ey xoşxəbər kişi, sən harada qaldın, sənin üçün yaxşı hissə və pay saxlamışam. O, cavabında dedi:--O pay əmirin yanında daha yaxşı qalar, mən indi sənə başqa qənimət haqqında məlumat verəcəyəm. Budur, xəzərlərdən bir dəstə filan yerdə külli mal və əsirlə öz vilayətlərinə gedirlər. Müsəlmanlardan bir dəstə oraya gedib təkbir deyərək, düşmənə hücum etdi. Türklərdən bir çoxunu öldürüb, əsirləri azad etdilər, qənimətləri də ələ keçirildi. Səid, Əbu Übeydeyi-Cərraha mənsub olan adamları əzizləyib, onlara çoxlu mal bağışladı. Bu əhvalatdan sonra, Xaqanın oğlu kədərli bir halda vuruşmaya başladı. Səid də Bəyləqan, Bərdə və hökmü altında olan başqa şəhər və qəsəbələrə qasidlər göndərib qoşun toplamağa əmr verdi. Ağ atlı yenə gəldi və salam verdi. Səid çox şadlıqla onun salamını alıb:--«Sən çox mübarək nəfəsli (xoşxəbər) adamsan. Sənin sayəndə iki dəfə düşmənə qalib gəldim, sənə çox pay və hissə ayırmışam, niyə almırsan?»--dedi. O:--«Lazım olanda istərəm, siz indi dava tədarükü görməklə məşğul olun. Xaqanın oğlu 40000 nəfərlə üstünüzə gəlir»--deyə cavab verdi. Səid öz qoşununu düzəltdi. İkindi çağı, iki qoşun bir-birinə yetişdi. Müharibə başlandı. Günbatan çağı türk qoşunu basıldı və onlardan bir çoxu qılıncdan keçirildi. Səid də öz ordugahına qayıtdı. Sübh olunca, ağ atlı yenə gəlib dedi:--«Ey əmir! Xaqanın oğlu öz dağınıq qoşununu toplayıb, yenə müharibə etmək fikrindədir» Səid (qənimət alınmış) yükləri və malları qeyd və mühafizə etmək
üçün bir dəstə adam təyin
edib, qalan qoşunla yola düşdü. İki qoşun bir-birilə üz-üzə
gəldikdə o:-- «Kim bilir, Xaqanın oğlu Pəşəng harada durur?»--deyə
soruşdu. Onun cavabında:--«Baş sancılmış ağacın olduğu yerdədir»--deyə
cavab verdilər. O yenə:--«O kimin başıdır» deyə soruşunca:--«Əbu
Übeydeyi-Cərrahın başıdır»--deyə cavab verdilər. Səid igidlərlə
oraya hücum edərək, Xaqan oğlunun tacına bir zərbə endirib onu
atdan yerə saldı. Türklərdən bir dəstə, şahzadənin ətrafını
alıb onu yenə ata mindirdilər. Müharibə atəşi şiddətli surətdə
alovlandı. Axırda türklər döyüş meydanından üz çevirdilər.
İslam əhlinin əlinə çoxlu qənimət keçdi. Səid bu qənimətin
xümsünü Şama, Hişam ibni-Əbdülməlikə göndərdi, qalanını
da 40000 əsgər arasında bölüşdürdü. Hər bir nəfərə 1700
dinar düşdü. Daha sonra, hicri 115-ci (=734) ildə Hişam Ermənistan,
Azərbaycan və Şirvan əyalətlərini öz qardaşı Əbu Müslimə
verdi. Ona Şam və Cəzirə qoşunlarından 24 min nəfər verib Dağıstan
işlərini nizama salmağa göndərdi.
Müəllifə məlum olduğu
vəchlə, Əbu Müslim haman Müslimə ibni-Əbdülməlikdir. Ehtimal
ki, yazıda səhv olmuşdur və ərəb dilinin qanununa görə, Əbu
Müslim onun künyəsi və Müslimə isə adı olub, hər ikisilə də
şöhrət tapmışdır. Hər halda, Əbu Müslim Dərbəndə gəlib
onun hasar və burclarındakı xaraba yerləri təmir etdirmişdir.
Narınqalada Nuşirəvan dövründən qalma Səhrinc adlı böyük bir
imarəti sökdürüb yerində su, neft, sursat ambarları və cəbbəxana
tikdirdi. Narınqalanı çox möhkəm bir hala saldı. Qeyd adlı imarəti
təmir edib, divarını yüz arşından artıq dəniz içərisinə çəkdirdi.
Müəllif deyir: dörd-beş
il bundan əvvəl, o Qeydin özülü bir yerindən sökülmüşdü.
Bu sökükdən məlum oldu ki, böyük daşları dəmir millər
ilə bir-birinə möhkəm bənd edib, aralarına da əridilmiş
qurğuşun töküblər. Əbu Müslim əmr verdi ki, bütün Dağıstandan
toplanan xəracı,--istər pul olsun, istərsə mal,--ehtiyac zamanı
Dərbənd əhalisinə və mühafizlərinə paylamaq üçün ambarlarda
saxlasınlar. Xülasə, Dərbənd əhalisinin çoxunu müsəlmanlardan
təşkil edib, şəhəri yeddi məhəlləyə böldü. Hər məhəllə
tayfası üçün bir məscid tikdirib onun adı ilə adlandırdı: 1)
Xəzər məscidi, 2) Fələstin məscidi, 3) Dimişq məscidi, 4)
Həmmas məscidi, 5) Qeysəriyyə məscidi, 6) Cəzair məscidi, 7)
Mosul məscidi.Bunlardan əlavə, cümə namazı üçün böyük bir
məscid tikdirdi ki, indi də qalır. Şəhərə 6 dərvaza qoydurdu:
1) Babülmühacir--indi Carçı qapı adlanır, 2)Babülcəhad—indi
Qırxlar qapı adlanır, 3) Babülxüms-- indi Yeni qapı adlanır,
4)Babüssəğir--indi Türkmən qapı adlanır, 5) Babülməktub--indi
Bayat qapı adlanır, 6)Babüləlqəmə--indi Narınqala qapı adlanır.
Əbu Müslim Dərbənd işlərini
nizama saldıqdan sonra, Qumuq tərəfinə səfər bayrağını açdı.
Oranın əmirləri və əhalisi, bir çox müharibədən sonra,
aman istəyib müsəlman oldular. O, Qaziqumuq şəhərinin ortasında
böyük bir came məscidi və bir neçə başqa bina tikdirdi. Onlar
indi də durur. Şahbal və ya Şahi-Bəəl ibni-Əbdüllah ibni-Qasım
ibni-Əbdüllah ibni-Abbas ibni-Əbdülmüttəlibi onlara hakim təyin
etdi, islam dininin şərtlərini əhaliyə təlim etmək üçün də
onun yanında bir qazi qoydu. Oradan Qaytağa gəldi, buranın əhalisi
şiddətli vuruşma və çoxlu tələfatdan sonra, islam dinini qəbul
etdi. Qaytaq əhalisi islam dinini qəbul etdikdən sonra, Əbu Müslim
öz qohumlarından Əmir Həmzə adlı bir nəfəri buraya hakim təyin
etdi. Bundan sonra, əhalisinin çoxu yəhudi və dinsiz olan Təbərsəran
üzərinə yürüdü. Bunlar da əvvəlcə müdafiəyə başladılar.
Lakin, hakimlərinin öldürüldüyünü və bir çoxlarının tələf
və əsir edildiyini görüncə, müsəlman oldular... Məhəmməd Məsum
adlı bir nəfəri burada hakim qoydu. Şəriət əhkamını təlim
etmək üçün də iki qazi təyin etdi. Əmr verdi ki, bütün Təbərsəran
əhalisi Məsum və qazilərin hökmünə əməl etsinlər. Bu nahiyələrin
mühüm işlərini yoluna qoyduqdan sonra, Tav (yəni dağ) və Avar
əhalisi üzərinə hərəkət edib, onları qılınc gücü ilə müsəlman
etdi. Onlar üçün məscidlər tikdirib, qazilər təyin etdi. İndiki
halda Aqquşə kəndi Tavın, Xumzaq şəhəri isə Avarın mühüm
yerlərindəndir. Gürcüstan hüdudundan başlayıb, Qıpçaq çölünə
qədər, Dağıstanın bütün hakimlərinə və qazilərinə, Şahbala
tabe olmağı əmr etdi. Buyurdu ki, əgər Xəzər tayfası Dərbəndin
üstünə gəlsə, onlar ona qarşı dursunlar. Xəzər tacirlərini
şəhərin bir ağaclığında saxlayıb alver etdikdən sonra, geri
qaytarsınlar. Dərbəndlilərdən ticarət qəsdilə Xəzər vilayətinə
gedən olsa, onun malının üşrünü (onda birini) alsınlar. Elçi
gələrsə, onu gözü bağlı şəhərə gətirsinlər, qayıtdığı
zaman da bu cür yola salsınlar. Ta ki, onlar Dərbəndin vəziyyətindən
xəbərdar olmasınlar. Bütün Dağıstan əhalisi üzərinə vergi
təyin edib buyurdu ki, Təbərsəran, Köbəçi və Qaytaq əhalisi
hər il onu gətirib Dərbənd hakiminə versinlər. O da özünə və
Əmir Həmzəyə düşən hissəni götürüb, qalanını Dərbəndin
mühafizlərinə və füqərasına sərf etmək üçün ambarda saxlasın.
Əgər hakim özü üçün müəyyən miqdardan artıq götürüb ədalətsizlik
etmiş olsa, o zaman qoşun rəisləri onu vəzifədən xaric etsinlər.
Həmri, Kürə, Quba, Qülhan, Qürah, Axtı, Xnav, Rütul, Zaxur, bütün
Qumuq, Avar, Qərax, Hidat, Tarxu, Əhran və İndiri əhalisi öz xəraclarını
Şahbala versinlər. Əgər Şahbalın üzərinə düşmən hücum etsə,
yaxud o kafirlərlə müharibəyə getsə Qaytaq, Təbərsəran hakimləri
öz qoşunları ilə onun köməyinə gəlsinlər. Dərbənd hakimi
həmişə şəhəri mühafizə edib, heç bir yana getməməlidir, cümə
günləri məscidi-camedə imam olaraq namaz qılmalıdır.
Katib Çələbi Cahannüma
adlı əsərində Əbu Hamiddən belə nəql edir: «Dərbənd işləri
nizama salındıqdan sonra, Hişam özü bu şəhərə gəlmişdi. Əhalinin
xahişinə görə, öz qılıncını yadigar olaraq, Dərbəndin yaxınlığında
bir yerdə qoydu. Bu yer indi də o ölkə əhalisinin ziyarətgahıdır».
Müəllif deyir: Əhalidən
mötəbər kimsələrin dediklərinə görə, Xəraq mahalında,
Yuxarı Təbərsəranda, Curdaf kəndi yanında mağara içərisində
bir xəncər vardır. O ətrafın xalqı qurban və sədəqələr
aparıb onu ziyarət edir və bu yerin ətrafını müqəddəs
hesab edir. Buna görə burada, oğruya çal-çap etdiyi mal üçün
cəza verilməz və qatildən də qisas alınmaz. Hətta bir adam cəsarət
edib oranın meşələrindən bir ağac budağı belə kəsə bilməz.
Demək olar ki, həmin xəncər Hişamın qılıncıdır. Lakin aradan
uzun bir zamanın keçməsi və yerin uzaqlığı ilə əlaqədar olaraq,
xəncər qılınc deyə məşhur olmuşdur.
Hicri 120-ci (=739) ildə
Mərvan ibni-Məhəmməd, Hişam tərəfindən Dərbəndə hakim
göndərildi. O, Əbu Müslimin qoyduğu qərarlar üzrə rəftar
edirdi. Təbərsəran əhalisi hər il növbə ilə Dərbəndin küçə
və məhəllələrini təmizləyirdi.
Hicri 132-ci (=751) ildə xilafət əməvilərdən abbasilərə keçdi, Əbül-Abbas Səffah [İstinad: Əbül-Abbas Səffah--abbasilərdən birinci xəlifədir (132-136=750-754).]
Dərbəndin vəziyyətini yaxşılaşdırmaq və hüdudunu mühafizə etmək barəsində son dərəcə səy edirdi. Hicri 136-cı (=755) ildə, Əbu Cəfər Mənsur [İstinad: Əbu Cəfər Mənsur--abbasilərdan ikinci xəlifədir (136-158=754-775).] xilafətə oturunca, Yəzid ibni-Əsədi Dərbəndə hakim göndərdi. Bunun zamanında xəzərlər külli qoşunla gəlib Dərbəndi mühasirəyə aldılar. Onlar bir gecə hasarın dibinə xeyli ağac yığıb, bu vasitə ilə hasarın üzərinə çıxmaq istədilər, qaladakılar xəbərdar olub ağacların üzərinə neft tökərək yandırdılar. Xəzərlər məqsədlərinə nail olmadan geri qayıtdılar. Əbu Cəfər Mənsur, Yəzid ibni-Əsədi hüzuruna çağırıb soruşdu:--Dərbənd üzərindən xəzərlərin şərrini hansı tədbir ilə dəf etmək mümkündür? Yəzid ərz etdi:--Dərbəndin
ətrafında xarab olmuş
çoxlu qala vardır, əgər bunlar təmir edilib, hər birinə qarovulçular
təyin edilərsə, o zaman Dərbəndin mühafizəsi asanlaşmış olar.
Xəlifənin əmrilə Yəzid gəlib qalaların və yaşayış məntəqələrinin
təmirilə məşğul oldu. O cümlədən, Süvar, Müta, Kemax və indi
Çerkəni adlanan Süfnan qalalarını təmir etdi. Bundan başqa Dərvaq,
Yersi və Hümeydi kəndlərini abad etdirib Şam, Cəzirə və Mosuldan
7000 ailə gətirib buralarda yerləşdirdi. Yəzidiyyə və Sirməkiyyə
adlı iki qala da bina etdirdi. Öz qəbiləsindən bir dəstə adam
köçürüb buralarda yerləşdirdi. Məqatir və Mehraqəni abad edib
hər yerdə qoşun qoydu. Bu qayda ilə Dərbəndi asayiş və rahatlıq
içində mühafizə edirdi, xəzərlər Qoysu çayından keçə bilmirdilər.
Hicri 170-ci (=787) ildə,
Harunərrəşid [İstinad: Harunərrəşid--abbasilərdən beşinci
xəlifədir (170-193=786-809).] Cəyun ibni-Nəcəmi
Dərbəndə hakim göndərdi və ona tapşırdı ki, bu yerin intizamını
keçmişdə olduğu kimi saxlasın. Cəqyu, qala və hasarın möhkəmliyinə
arxalanıb zülm və əxlaqsızlığa başladı, ölkənin idarə işlərinə
göz yumdu. Dərbənd əhalisinin çoxu qaçıb-dağılmağa üz qoydu.
Bu xəbər Harunə yetişdi. O, Rəbiətülbahilini Dərbəndə hakim
təyin etdi. Rəbiə, Cəyunu həbsə alıb, Bağdada göndərdi. Hicri
173-cü ( = 790) ildə Xüzeymə ibni-Cazim Harunərrəşid tərəfindən
12000 qoşunla Dərbənd əyalətinə gəlib, hasar və burcların xaraba
yerlərini təmir etdi. Bir neçə müddətdən sonra, Harunərrəşid
özü Dərbəndə gəlib oranın vəziyyətini yoxladı. Rubas çayından
bir bənd çəkdirib şəhərin kənarına su gətirtdi. Burada bağlar,
bostanlar saldırdı və dəyirmanlar tikdirdi. Bunların mədaxilini
Dərbənd yoxsullarına vəqf etdi. Həfəsə ibni-Öməri Dərbəndə
hakim təyin edərək, ona lazımi göstərişlər və nəsihətlər
verib Bağdada qayıtdı. Deyirlər ki, Dərbəndin şimal tərəfində,
Qırxlar dərvazası qarşısında bir daş günbəz vardır. Harunərrəşidin
oğlu burada basdırılmışdır. Məşhur olduğu üzrə, Harunərrəşidin
arvadı Zübeydə xatun bint-Əbucəfər Mənsur, uzun sürən bir qızdırma
xəstəliyinə mübtəla idi. O, ab-havasının lətafətilə məşhur...
olan Təbrizdə bundan səhhət tapdı. Buna görə, hicri 175-ci (=792)
ildə, bu şəhəri yenidən bina etdirib adını da Təbriz qoydu.
Bu əhvalatdan və Harunərrəşidin oğlunun Dərbənddə vəfat etməsindən
anlaşılır ki, Zübeydə xatun da öz ərilə bu ölkəyə gəlibmiş.
Hicri 180-cı (=797) ildə,
xəzərlər hücum edib bütün Dağıstanı,
Dərbəndi və Şirvanı istila etdilər. Katib Çələbinin yazdığına
görə, bu müharibədə 140000 nəfər müsəlman tələf oldu. Hələ
bu vaxta qədər islam aləmində belə bir hadisə görünməmişdi.
Əbu Müslimin əmirliyə təyin etdiyi Məsum, Şahbal
və Əmir Həmzə övladının başına bu hadisələr zamanı
nələr gəldiyi məlum deyildir. İslam dinini qəbul edən Dağıstan
tayfaları da xəzərlərin istilası və müsəlmanların
məhv edilməsi nəticəsində yenə bütpərəstliyə qayıtdılar.
Hər guşədə bir əmir və hər nöqtədə bir şərir meydana gələrək,
fitnə-fəsad törətməyə başladılar. Bu zaman Şirvan vilayətində
Fərruxzad Əxşican oğlu[İstinad: Mətndə yanlışlıq
var, Fərruxzad Əxsitan oğlu olmalıdır. Kəsrani şirvanşahlar
sülaləsinə mənsubdur.] hökmran idi. Bakıda Bibiheybət kəndində,
onun əmrilə bina edilmiş bir məscid üzərindəki
kitabədə onun ləqəbi--"əmirülmömininin
yardımçısı böyük sultan» deyə yazılmışdır. Bundan məlum
olur ki, o, müsəlman olub abbasi xəlifəsinə tabe imiş. Bundan
sonra Filanşah hökmranlıq etmişdir.
Hicri210-cu ( = 826) ildə,
Bəyləqan tərəflərində, atəşpərəstlərdən Babək adlı
bir nəfər meydana çıxdı. O, atəşpərəstlik məzhəblərindən
Xürrəmgiş adlı bir məzhəbin əsasını qoydu. Bu
məzhəb, ...Məzdək dininin əslini yeni bir şəklə salmaqdan
başqa bir şey deyildi. Babək öz başına çoxlu
tərəfdar topladı... Ardı-arası kəsilməyən
müharibələrlə Azərbaycanı ələ keçirib Həmədan
və İsfahanı da fəth etdi. Mötəsim [İstinad: Mötəsim-Billah--abbasilərdən
səkkizinci xəlifədir (218-227=833-842).] xəlifə İshaq
ibni-İbrahim ibni-Müsəəbi çoxlu qoşunla
İraqi-Əcəm hüduduna göndərdi, İshaq
onlardan 60000 nəfər qırdısa da yenə bir nəticə əldə edilmədi.
Axırda, hicri 221-ci (=836) ildə, Mavəraünnəhr əyanlarından Aqşın
ləqəbli Heydər ibni-Kavus, saysız bir qoşunla Babəki dəf etməyə
təyin edildi. Müharibə iki il davam etdi, Babək məğlub olub, bir
neçə nəfərlə Ermənistana, Səhəl Sunbat oğlunun yanına qaçdı.
Aqşın etimad etdiyi bir nəfəri 4000 qoşunla Babəki tələb etmək
üçün göndərdi. Səhəl, Babəki qolu bağlı Aqşının yanına
gətirdi. Səhəl təltif edildi. Babək də Bağdada göndərilib orada
böyük bir əziyyətlə öldürüldü. Ehtimala görə, Azərbaycan
sözü Azər-Babəkan sözünün ərəbcələşdirilmiş şəklidir.
Azərbaycan bunun və ya başqa bir Babəkin adından alınmışdır.
Məşhur olduğu üzrə, atəşpərəstlik dini bu ölkədə zühurə
gəlmiş və yayılmışdır. Riyazüssəyahə [İstinad: «Riyazussəyahə»--məşhur
Azərbaycan alim və səyyahı
Hacı Zeynəlabdin Şirvaninin əsəridir.
O, hicri 1194-cü (=1780)
ildə Şamaxı şəhərində anadan olmuşdur.]
müəllifi Azərbaycanı Azərbayəganın ərəbcələşmişi
sayır. Bu da qədim fars dilində atəşgah mənasındadır.
Xülasə, bu yol ilə
Azərbaycan və Ermənistan ölkələri, yenə xəlifənin
ixtiyarına keçdi. Muğanda xaraba qalmış Bərzən şəhərini Aqşın
abad etdi, indi yenə viran bir haldadır. Hicri 230-cu ( =845) ildə,
Mötəsimin oğlu Vasiq-Billahın[İstinad: Vasiq-Billah--abbasilərdən
doqquzuncu xəlifədir (227-232 =842-847).] xilafəti dövründə,
Filanşahi Şirvani itaətə gəldi, Dərbənd də xəlifənin təsərrüfünə
keçdi. Hicri 270-ci (=884-cü) ildə Mötəmid [İstinad: Mötəmid--abbasilərdən
on beşinci xəlifədir (256-279=870-892).]
xəlifənin hökmü ilə Bakı neft və duz mədənlərinin mədaxili,
Dərbənd mühafiz və əhalisinə maaş təyin olundu. Məhəmməd
ibni-Əmmar təhvildar idi, hər il mədənlərin mədaxilini təyin
edilən miqdar ilə təqsim edirdi.
Hicri 290-cı (=903) ildə
Haşim adlı bir nəfər Dərbəndə hakim gəldi. Müktəfi[İstinad:
Müktəfi-Billah--abbasilərdən on yeddinci xəlifədir
(289-295=902-908).] xəlifə qəramitələr ilə hərb etməkdə idi,
xilafət işlərində də bir çox qarışıqlıq hökm sürməkdə
idi. Haşim istifadə edərək bütün təyin edilmiş maaşları, mədənlərin
mədaxilini və Dərbənd əhalisinə yetişəsi olan kənd məhsullarını
özü mənimsədi. Dərbənd əhalisi naçar qalıb, alver və qəsbkarlıqla
məşğul oldu. Əxlaqsızlıq onların arasında yayıldı. Xəzərlər
yenə gəlib, Dərbəndi almaq üçün çox çalışdılar. Müsəlmanlar
daxildən və xaricdən hücum edərək onları məğlub etdilər.
Bu zaman Rus tayfası, Xəzər
padişahından icazə alıb, 500 gəmidə 50000 qoşunla Atil çayından
Xəzər dənizinə girdi. Bu şərtlə ki, ələ keçirəcəkləri qənimətləri
onunla bölsünlər. Onlar Mazandarandan başlayıb Dərbəndə qədər,
dəniz sahillərində olan şəhər və qəsəbələrdən bir çox qənimətlər
əldə etdilər. Dəniz sahilində yaşayan əhali isə xəzərlərin
gəmiləri olmadığını bildiyindən, belə bir təhlükəni gözləmirdi.
Əbülqasim Yusif ibni-Əbüssac,
xəlifə Müqtədir-Billah [İstinad: Müqtədir-Billah--abbasilərdən
Hicri 332-ci (=944) ildə,
Məsudi bu əhvalatı yazdığı halda, İbnələsir [İstinad: İbnələsir--məşhur
ərəb tarixçisidir, hicri 555-ci ( =1160) ildə anadan olmuşdur.
Onun adını Şərq və Qərb aləmində şöhrətləndirən «Əl-kamil
fittarix» adlı kitabıdır.] öz tarixində bundan bir kəlmə
də olsun bəhs etməmişdir. Lakin İbnələsir
deyir: Rus tayfası hicri 332-ci (=944) ildə, Ərranın
paytaxtı olan Bərdə şəhərini almaq üçün qayıqlarla dənizdən
və Kür çayından keçib gəldilər. Buranın hakimi 5000 nəfərlə
qarşıya çıxdı və məğlub olaraq geri qayıtdı.
Ruslar Bərdəni alıb, əhaliyə aman verdilər. Əhali müxalifət
göstərdi, ruslar bir həftə içərisində şəhəri boşaltmağı
onlara əmr etdilər... Mərzban ləqəbilə məşhur olan Azərbaycan
valisi Məhəmməd ibni-Müsafir, 30000 nəfər qoşunla gəldi.
Ruslar bir ildən artıq burada qaldılar, sonra Mərağəyə
səfər etdilər. Bu səfər əsnasında çoxlu meyvə yediklərindən,
aralarına şiddətli xəstəlik düşdü. Mərzban bu dəfə hiylə
ilə müharibəyə başladı, azacıq müqavimətdən sonra qaçmağa
üz qoydu. Ruslar da onları təqib etməyə başladılar.
Mərzban qayıdıb hücum etdi və pusquda
qoyduğu qoşun da, rusların arxasına keçdi... Bu hadisə münasibətilə
qoşunla Səlmas nahiyəsinə gedən Mərzban, Şəhristanı
mühasirə etmək üçün bir dəstə qoşun qoydu. Ruslar bir gecə
dəyərli şeylərini çiyinlərinə alaraq, özlərini Kür çayı
kənarına yetirdilər və qayıqlara minib vətənlərinə qayıtdılar.
Müəllif deyir: Ehtimala görə,
bu iki hadisə haman bir səfər əsnasında vaqe olmuşdur.
Lakin müəlliflərin aldıqları xəbərlər müxtəlif olduğundan,
bir-birinə zidd olaraq yazılmışdır. Məsudinin yazdığına görə,
hicri 332-ci (=944) ildə, Əbdülməlik adlı bir şəxs Dərbənddə,
qardaşı oğlu da Təbərsəranda hökmran idi.
Bundan sonra, islam ölkələrində
get-gedə qarışıqlıq və hərc-mərclik baş verdi.
Bağdad xəlifələri öz qoşunlarının öhdəsindən gələ bilmədilər.
Bu ölkənin işləri də nizamdan düşdü, Dərbəndə tabe olan qalalar
və kəndlərdə də üsyan qalxdı. Dağıstan əmirləri isə bir-birilə
müxalifətə və qovğaya başladılar.
Mərdavic ibni-Ziyad sülaləsinə
mənsub və Gilanın qədim hakimləri nəslindən olan Deyləm padişahları,
hicri 315-ci ( = 927) ildə, Təbəristanda xüruc etdilər. Bunlardan
6 nəfəri İran vilayətlərindən bir çoxunda 150 il hökmran olmuşlar.
Məlum olduğu üzrə, onlar bu tərəflərə də əl atmışdılar.
Çünki bu sülalənin ikinci padişahı olan və hicri 323-cü (=935)
ildən başlayaraq 33 il hökumət sürən Şəmkir ibni-Ziyad, Gəncə
yaxınlığındakı Şəmkir şəhərini öz adına bina etdirmişdi.
Şəhərin asarı: məscid güldəstəsi olan ikiqapılı uca bir minarə,
körpü və qala xarabası indi də qalır. Bu şəhər Əmir Teymur
Kürəkən dövründə və ondan sonrakı dövrlərdə də abad idi.
Axtınamədə deyilir:
xəzərlər Şirvanı istila etdikləri zaman, öz əmirlərindən
Səmsam adlı bir şəxsi, bir dəstə ilə indiki Mikrağ
kəndinin yerində sakin etdilər. Şam əhlindən Əmir Kağı adlı
bir şəxsi də ona vəzir təyin etdilər. Səmsama kömək olmaq üçün
xəzərlər Samur çayının sol kənarında başqa bir şəhər də
saldılar. Tərsa dedikləri bu şəhər əhalisini indiki Qızlardan
gətirmişdilər. Səmsam, Şəhbani qalasını almaq və Şəhbani
nəslindən olan bu yerin əmiri Dərvişaini tələf etmək istəyirdi.
Dərvişai 3000 əşrəfi göndərib Tərsa əmirlərini özünə tərəf
cəlb etdi. Səmsam üç dəfə bu qalanı mühasirə etdisə də, məqsədinə
çatmadan qayıtdı. Birinci dəfə mühasirənin müddəti bir ay çəkdi.
Qala əhli üçün Axtı çayından su gətirmək çətin idi, buna
görə də, onlar suyu çox əziyyətlə Samur çayından gətirirdilər.
Səmsam qayıdandan sonra, Dərvişai üç ayın müddətində qaladan
Axtı çayına örtülü bir yol çəkdirdi. Yolun və yol üzərindəki
burcun asarı indi də qalır. İkinci dəfə mühasirənin müddəti
altı ay davam etdi, lakin qaladakılar darlıq çəkmədilər. Səmsam
üç ildən sonra, üçüncü dəfə olaraq yenə gəldi. O bu dəfə
yuxarı tərəfdən gəlib qalanın yanında yeddi il dayandı. Dərvişai
çarəsiz qalıb Tərsanın əmirlərini və Rütul, Cınıq və Rüfuqun
təcrübəli adamlarını köməyə çağırdı. Yeddi ay da bu müharibə
davam etdi. Hər iki tərəfdən çox adam öldü. Dərvişainin oğlu
Şah Qasım da bu müharibədə məğlub olub, öldürüldü. Axırda
Səmsam məğlub olub geri qayıtdı və 15 il sakit olaraq öz yerində
oturdu. Bir gecə Səmsam öz qoşunu ilə qəflətən Tərsa kəndi
üzərinə tökülüb əhalini qırdı. Mal və əyallarını qarət
və əsir edib apardı. Bundan doqquz il keçdi, Dərvişai Dərbəndə,
Əbu Müslimin yanına gəlib, ondan kömək istədi, Əbu Müslim də
öz bacısı Ümmülmöminatı, müsəlman olan Dərvişaiyə verdi,
onu qoşunla bərabər göndərdi ki, gedib Səmsam şəhərini alsın
və xəzərlərin kökünü kəssin. Müharibə yeddi ay uzandı, heç
bir nəticə əldə edilmədi.