Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат
[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar
Vaqarşapat şəhərini Ermənistan
padişahı Vaqarş miladi II əsrin axırında bina etmişdi.
Tiridatın vəfatına qədər bura Ermənistanın paytaxtı olmuşdur;
indiyə qədər də ermənilərin böyük xəlifəsinin (patriarxının)
oturduğu yerdir.
Məhəmməd Əvvabi Aqtaşi
(Ağdaşlı), hicri XI əsrin əvvəllərində Şamxal Çoban bəy
Gəray xan oğlunun xahişinə görə, İndiri kəndində
ixtisarla farscadan türkcəyə tərcümə etdiyi Dərbəndnamədə
deyir: Türklərlə iranlılar arasında daima müharibə getdiyindən
Şirvan, Ermənistan və Azərbaycan ölkələrinə onlardan
zülm və təxribat yetişirdi. İran padişahı Qubad Firuz
oğlu Sasani, paytaxtı Atil çayı kənarında olan Xəzər padişahı
Xaqan ilə barışıb, onun qızını aldı. Xaqanın 400000
nəfər qoşunu var idi. Moskva, Noqrad--ehtimal ki, Novqorod
olsun--və bütün ruslar ona (Xaqana) xərac verirdilər. Bundan sonra
Qubad elçi göndərib, istədi ki, iki ölkənin arasında bir sədd
çəkdirsin. Xaqan da buna razı oldu. Qubad tarixlərdə görmüşdü
ki, müqəddəs hesab edilən Dərbənddə İskəndər
Zülqərneynin səddi olmuşdur. Deyirlər ki, bu səddin bir mil qədəri
Xəzər dənizinin içində olub, qalan hissəsi isə Qara dənizə
qədər uzanıb getmişdir. Qubad əmr etdi ki, hasarı torpağın və
qumun altından çıxarıb təmir etsinlər. Hasarı Təbərsəranın
yuxarısına qədər çəkib, ona
dəmir qapılar saldılar. Bundan sonra Dərbəndin cənub tərəfindəki
divarı çəkdirdi və şəhərin binasını qoydu. Bu işlərin hamısı
yeddi ildə tamam oldu. İş bitdikdən sonra, xəzərilərin çox qüvvətli
olmasına baxmayaraq, onların bu möhkəm hasara əl tapa bilməyəcəklərinə
arxayın oldu. Xaqanın qızını atasının evinə geri qaytardı ki,
nəslin qarışması üzündən ölkənin işlərinə ixtilal yol tapmasın.
Deyirlər ki, bu səddi Qubaddan əvvəl Bəhrami-Gurun oğlu Yəzdicird Sasani də təmir etdirmişdi. Bu təmir Nuşirəvan dövründə tamam oldu. Qubad və Nuşirəvan--hər ikisi
İran vilayətlərindən müxtəlif xalqları köçürüb bu ölkədə bir çox şəhər və kənd bina etdirmişdilər. Nuşirəvan atasının səltənəti dövründə xeyli zaman bu ölkədə yaşamışdır.
O, Dərbənd səddindən
əvvəl (Xəzərlər səddi də adlanır) İsfəndiyar
Güştasib oğlunun dənizdən dağa qədər çəkdirdiyi Alğon
səddinin uçulan yerlərini təmir etdirdi. Ona Babi-Alan adlı
bir dərvaza saldırdı. Nuşirəvan özü də burada sakin olurdu.
Sonra atasının icazəsilə Dərbənd ətrafında 360 qala və şəhər
bina etdirdi. İran vilayətlərindən bir çox əhalini köçürüb
buralarda sakin etdirdi. Alğon səddindən Əhrana qədər olan yerləri
yeddi vilayətə böldü və hər birinə ayrı-ayrı əmir təyin etdi:
1. Gülbax. Burada,
Qoysu çayının sağ kənarında, indiki Çilyurd
yerində Əhran şəhərini; İndiri
kəndinin aşağı tərəfində, Qızılyarda Sürxab qalasını;
İndiri kəndinin yuxarı tərəfində, Çumlu adlanan yerdə
Kiçi-Macarı; indi Minarət və daha əvvəllər Tatartop adlanan Ulu-Macarı
bina etdirdi.
2. Tumanşah
mülkü. Burada, Tarxu şəhəri yerində, Səməndər
qalasını; bunun üç ağaclığında,
dəniz kənarında İnci qalasını
(xarabaları indi də qalır); Tarxu ilə İndiri kəndi
arasııda Keyvan qalasını; Əhran, yəni Qoysu çayı kənarında
Bəlx şəhərini və qoşun iqamətgahı olan bu şəhərin qalasını
çayın sol kənarında bina etdirdi. Şəhərin şimal tərəfində
də bir neçə qala tikdirdi. Nuşirəvan, Tuman qəbiləsini yerləşdirmiş
olduğu bu yerləri, Həmri hüduduna qədər, bu qəbilə əmirlərindən
birinə tapşırdı. Ona Tumanşah adı verdi. İsfəndiyar Əhran şəhərində
qızıl taxta oturduğundan, Əhranı bu ölkənin hamısı üçün
mərkəz qəbul etdi. Terek çayı dəhnəsindəki gümüş və Əhrandakı
mis mədənlərini Əhranın sərdarına verdi. Qoysunun sol kənarında,
Çilyurdun üst tərəfində bir isti su vardır. İndi də ona Gülbax
isti suyu deyirlər.
3.Qaytaq. Nuşirəvan buraya
əmir təyin edərək qalalarını təmir etdirdi.
Gilan və Kaşandan bir çox əhalini buraya köçürdü və onu
nizama saldı. İndi Köbəçi adlanan Zirihgəran da buraya daxildir.
4.Qumuq dağlarında
və onun ətrafında olan yerlər. İndi Qaziqumuq, Aqquşa mahalları,
Avar və sair hissələrdən ibarətdir. O buraya Filanşah ləqəbli
bir əmir təyin etdi.
5.Təbərsəran.
Buranın əhalisi çərxçi və Dərbəndin ən yaxşı qoşunlarından
olub, Təbəristan və İsfahandan gəlmədir.
Bunların əmirinə Hicranşah deyirdilər.
6.Massaget.
Bu yer Təbərsəran və Qumuq dağlarının
aşağı tərəfindədir. Əhalisi alanlar olub,
sayca başqalarından az idi. Əmirləri də Bütünşah
adlanırdı.
7.Şabran
və Müskür. Bu yerlərdə
Şabran, Bağdad, Gərgər şəhərlərini
və axırıncı şəhərin
bir ağaclığında Abad şəhərini;
Müskürdə Kəsran şəhərini, Dərbəndin üç
ağaclığında Sul və ya Sur şəhərini və bunlardan başqa sair
şəhər və kəndləri bina etdirdi.
Fars əhalisindən bir qədərini köçürüb Müskür, Kürə
və Axtıda yerləşdirdi. Öz sülaləsindən onlara bir əmir
təyin etdi. Nuşirəvan bu qayda ilə ölkə işlərini və sərhədlərin
mühafizəsini möhkəm bir surətdə nizama salıb geri
qayıtdı. Bu zaman Xaqan, Gülbax vilayətini ələ keçirib
öz sərdarını Əhranda oturtdu. Deyirlər
ki, Nuşirəvandan əvvəl İsfəndiyar da həmin
qala və kəndləri təmir etdirib yeddi vilayətə
bölmüşdü. Əhran ətrafındakı qalaların əhalisini
Xorasandan köçürtmüşdü və onun sərdarı
Əhranda otururdu.
Axtınamədə deyilir
ki, Sasanilər sülaləsindən Şah-Bani adlı
bir əmir, Nuşirəvanın əmrilə fars əhlindən
60 ailə və 300 nəfər əsgərlə gəlib, Axtı adlanan
yerdə bir qala tikdirdi və orada sakin oldu. Bu qalanın asarı dağın
başında indi də durur. O, 1500 əşrəfi sərf edərək Axtı isti
suyunun üzərində bir hamam tikdirdi və ona xərac qoydu. 560-cı
ildə, Nuşirəvan otuz illik səltənətdən sonra, Adil ləqəbi aldı.
Bu münasibətlə ətrafın rəisləri hamamın qabağında toplaşıb
məşvərət etdilər. Şah-Banidən xahiş etdilər ki, Nuşirəvan
hamam xəracını onların üzərindən götürsün. Şah-Bani bu məqsədlə,
oğlu Şah-Asanı o zaman Azərbaycanda olan Nuşirəvanın hüzurinə
göndərdi və onun xahişi qəbul edildi. Bundan sonra Şah-Bani 15
il daha hökmranlıq edib vəfat etdi. Oğlu Şah-Asan onun yerinə
keçib 12 il hökmranlıq etdi.
Tarixi-güzidə sahibi
hicri 730-cu (=1330) ildə yazır: Nuşirəvanın Dərbənd ətrafı
əmirlərinə verdiyi ləqəblərin və təşrifatın bəziləri indi
də söylənməkdədir: Filanşah və Şirvanşah kimi.
Ömər ibni-Vərdi, [İstinad:
Ömər ibni-Vərdi--Hicri 690-cı (=1291) ildə Suriyada anadən olmuş
və 749-cu (=1349) ildə Hələb şəhərində vəfat etmişdir. «Xəritətüləcaib»dən
başqa dil, ədəbiyyat, hüquq, tarix, fəlsəfə və təsəvvüfə
aid bir çox əsər yazmışdır.] «Xəritətüləcaib» adlı ərəbcə
qədim coğrafiya kitabında yazır: Babüləbvab İranın şimal tərəfində
vaqedir. Çoxlu meyvə bağları olan bu şəhər, Nuşirəvan tərəfindən
Xəzər dənizi kənarında bina edilmişdir. Bu, Xəzər tayfası qarşısında
bir haildir (səddir). Qapıları Qaytaq dağları keçidindədir, məsələn,
Babüssul, Babi-Alan, Babüssabran, Babi-Laziqə, Babüssəcəsi, Babi-Sahibüssərir,
Babi-Filanşah, Babi-Karumanşah, Babi-İranşah və Babi-Liyanşah.
Dərbənd dərya kənarında, böyük yol üzərində vaqedir və buranın
ən böyük qalalarından olduğuna görə, Babüləbvab adı ilə şöhrət
tapmışdır. Dərbənd hasarının silsiləsi uca bir dağa doğru
uzanıb gedir. Bu hasar bir tərəfdən o biri tərəfə keçməyə
mane olur. Bu dağda çoxlu qala da vardır.
Əbülhəsən Məsudi deyir: bu ölkədə 300 şəhər var və hər bir şəhərin də, bir-birinə oxşamayan, ayrı dili vardır. Hovqəli[İstinad: İbn-Hovqəl olmalıdır. İbn-Hovqəl--Hicri IV (=X) əsrin ən məşhur səyyahlarından biridir. «Kitabülməsəlik vəlməmalik» adlı əsəri gəzdiyi və gördüyü yerləri təsvir edir.] deyir: mən bunu inkar edirdim, lakin özüm təhqiq edib bildim. Bu ölkənin çoxnüfuslu və abad məmləkətlərindən biri də Şirvanşah vilayətidir. Bu vilayət çox vüsətli olub çoxlu nahiyələri, kəndləri və imarətləri vardır.
Bu yerin əhalisi dikbaş
olub heç kəsə itaət etməzlər. Şirvanşahlar
səltənətini Nuşirəvan qurmuşdur.
Rövzətüssəfa, Xülasətüləxbar
müəllifləri və bir çox başqa tarixçilər yazırlar: xaqanın
qızını Nuşirəvan almış və onu boşayıb atasının evinə geri
qaytarmamışdı. Nuşirəvanın bundan Nuşizad və Hürmüz adlı
iki oğlu oldu. Bu qadın Zərdüşt dinini qəbul etməmişdi. Onun
böyük oğlu Nuşizad da, hədd-büluğa çatdıqdan sonra, atəşə
sitayiş etmədi. Buna görə o, atasının hökmilə həbsə alındı.
Nuşirəvan Şam vilayətində fütuhat ilə məşğul ikən, onun şiddətli
bir surətdə xəstələnməsi haqqında Nuşizad yalan bir xəbər
aldı. O, həbsxanadan çıxıb, başına çoxlu adam yığdı. Atasının
təyin etdiyi məmurları Farsdan, Ehvazdan qovdu və İraqı almaq
məqsədilə o tərəfə hərəkət etdi.
Nuşirəvan bu əhvalatdan
xəbərdar olub, İran sərkərdələrindən Ranbərzinə bir hökm
yazdı və onu oğlunun fitnəsini dəf etməyə təyin
etdi. Ranbərzin şahzadəyə nə qədər nəsihət etdisə
də, fayda vermədi. Müharibə əsnasında Nuşizad bir oxla yaralanıb
öldü.
Nuşirəvan 48 il səltənətdən
sonra, miladi 578-ci ildə və hicrətdən 44 il əvvəl vəfat
etdi. Nuşirəvanın xəzər xaqanı qızından olan ikinci oğlu
Hürmüz İran taxtına oturdu. Bu münasibətlə ona türkzad
deyirdilər.
Rövzətüssəfa sahibi deyir:
Hürmüz dövründə Xəzər tayfası Dərbənddən keçib
Ermənistan və Azərbaycan ölkələrini qarət etdilər. Bu çapqın
hicri 4-cü (=626) ildə vaqe oldu. Rum qeysəri Herakli onları
bu ildə İranla müharibəyə təşviq edirdi.
Tarixi-güzidə sahibi və
sair tarixçilər deyirlər: Hürmüz zülm etməyə başlayınca, xalq
ona qarşı üsyan qaldırıb sikkəni onun oğlu Xosrov Pərvizin adına
vurdurdular. Buna görə Xosrov Pərviz atasından qorxub Azərbaycana
gəldi. Muğan və Bacərvanda olduğu zaman, «Bərdə» hökmdarı
Mihinbanu gəlib onu Bərdəyə apardı və ona mehmannəvazlıq etdi.
Xosrov Mihinbanunun qardaşı qızı Şirini sevib axırda onu aldı.
Şeyx Nizami bu əhvalatı məşhur Xəmsəsinin beş poemasından biri
olan Xosros və Şirin kitabında gözəl bir surətdə təsvir etmişdir.
Nuşirəvandan sonra Şirvan
vilayəti haqqında ayrıca bir məlumat yoxdur. Ancaq bu qədər məlumdur
ki, xəzərlərin istilasi və İran səltənəti işlərinin qarışıqlığı
nəticəsində, Şirvan iğtişaş məhəlli olmuşdur. Bu
hal, ərəb qoşununun gəlib, ardı-arası kəsilməyən müharibələr
ilə, şimal tayfalarını məğlub və bu vilayəti ərəb ölkəsinə
ilhaq edincəyə qədər davam etmişdir.
İKİNCİ
FƏSİL
ƏRƏB QOŞUNUNUN
AZƏRBAYCANA GƏLMƏSİNDƏN BAŞLAYARAQ MOĞOLLARIN
İSTİLASINA QƏDƏR
Tarixi-Təbəri, Tarixi-güzidə
və Rövzülmitar kitablarında deyilir: Ömər ibni-Xəttab[İstinad:
Ömər ibn i-Xəttab--xuləfayi-raşidindən
Süraqə vəfat edincə,
Ömərin əmrilə Əbdürrəhman onun yerinə təyin edildi. O da qoşun
götürüb 200 ağaclıq məsafəsi olan bir keçidə girdi. Bir çox
şəhərin əhalisi müsəlman oldu, Gürcüstan əhalisi ilə də,
cizyə vermək şərtilə, sülh bağlandı. Bəzi başqa xalqları
da müsəlman edib, yenə Dərbəndə gəldi. Osmanın[İstinad: Osman
ibni-Üffan--xüləfayi-
Həbibüssiyərdə deyilir:
Osman ibni-Üffanın əmrilə, Həbib ibni-Səlmə ərəb
qoşunu ilə Ermənistana, Azərbaycana, Muğana və Şirvana gəldi,
başlıca üsyançıları sülh ilə yola gətirdi. Ondan sonra--Osmanın
vəfatına qədər--Hüzeyfə ibni-Yəman, Müğeyrə ibni-Şəbə və
Əşəs ibni-Qeys bu hüdudda hökmran idilər.
Dərbəndnamə sahibi
deyir:
...Hicri 41-ci ( = 662) ildə,
səhabələrdən Səlman və Rəbiətülbahili, 4000 igid və döyüşkən
qoşunla, xəzərlərin geri aldıqları Dərbəndə doğru hərəkət
etdilər. İslam qoşunu gəlincə, Dərbənd Narınqalasının mühafizləri
Həmri qalasına qaçdılar. Müsəlmanlar qalanı və Dərbənd şəhərini
ələ keçirdilər. Xəzər padişahı Xaqan, külli qoşunla onları
dəf etməyə gəldi. Müsəlmanlar da onu qarşıladılar. Dərvaq
çayı kənarında hər iki tərəf üz-üzə gəldi. Ərəblərin şücaəti
haqqında çox şeylər eşitmiş olan Xaqan, müharibə etmək istəmirdi,
zənn edirdi ki, silah onların bədənlərinə kar etmir. Bu halda,
xəzərlərdən bir nəfər dəniz sahilinə getdi, orada tək başına
çimməkdə olan bir müsəlmanı öldürdü, başını kəsib Xaqanın
hüzuruna gətirdi. Bu əhvalatdan sonra, müharibəyə cəsarət etdilər.
5 gün səhərdən axşama qədər hərb meydanı qızışdı, hər
iki tərəfdən bir çox camaat qırıldı. 6-cı gün Xaqan öz qoşununu
çox məzəmmət edib dedi: bu gün hər kim müharibədən üz çevirsə,
mükafat olaraq məndən əzab görəcəkdir. Bu tərəfdən də, müsəlmanlar
cəhad şövqilə ruhlanmışdılar. Səlman və Rəbiə öz qoşun
dəstələrinin qarşısında, 40 nəfər könüllü ilə düşmənə
həmlə etdilər. Çox şiddətli bir müharibə oldu, Xaqanın qoşunundan
neçə min nəfər öldürüldü. Səlman ilə Rəbiə də bu 40 nəfər
ilə birlikdə öldürüldülər. Bunların qəbirləri, Dərbənd şəhərinin
yanında, Qırxlar adı ilə ziyarətgahdır. İslamın qalan qoşunu
məğlub oldu, yaralılar Dərbəndə və buradan da Şama qayıtdılar.
Xaqan, Dərbənd şəhərini mühafizə etmək üçün 3000 nəfər
əsgər təyin edib, öz paytaxtına qayıtdı.
Əməvilərdən Vəlid ibni-Əbdülməlik[İstinad:
Vəlid ibni-Əbdülməlik-- əməvilərdən
altıncı xəlifədir (86-96=705-715).], hicri 86-cı (=705)
ildə, xilafətə oturduğu zaman, öz qardaşı Müsliməni 40000 igid
əsgərlə Dərbəndi almağa göndərdi. Müslimə əvvəlcə Naxçıvan
ölkəsində, Araz çayı kənarında--indi də xarabaları məlum olan--Cülah
şəhərini aldı. Sonra Lahıcan şəhərini alıb viran etdi. Bundan
sonra Şirvana gəldi. Müskürə qədər ələ keçirdiyi yerlərdə
hakimlər təyin etdi. Buradan da Dərbənd üzərinə yürüş edərək
oranı mühasirəyə aldı. Lakin qalanı almaqdan məyus olub, qayıtmaq
fikrində idi. Bir gecə qaladan bir nəfər gəlib dedi; əgər onu
dünya malından təmin etsələr, bildiyi gizli bir yol ilə qoşunu
qalaya daxil edər. Müslimə bu işə könüllü bir nəfər istədi,
kimsə cəsarət etmədi. Bu halda, Əbdüləziz Bahili iki oğlu və
qəbiləsindən yüz nəfər igidlə bu işi yerinə yetirməyi öhdəsinə
aldı, bu şərtlə ki, Beytülmala çatacaq xümsdən başqa, qənimətlərin
hamısı ona çatsın. Sonra dağ tərəfindən 6000 nəfər də onların
ardınca getdi. Bələdçinin göstərişilə, lağım atıb, Dərvaq
tərəfindən yer altındakı dərvazanı açdılar. Qalaya elə daxil
oldular ki, qarovulçulardan kimsə bunu bilmədi. Gecə yarısı müharibə
başlandı. Xəzərlər öz can və əhli-əyallarını müdafiə edirdilər.
Müharibə sübh açılıncaya qədər davam etdi. Sübh zamanı, müsəlmanlar
qalanın dərvazasını tutdular, İslam qoşununun hamısı içəri
daxil oldu. Xüms çıxıldıqdan sonra, bütün qənimətləri Əbdüləzizə
verdilər. O da bu qənimətləri qalanı almaqda iştirak edən 6000
nəfər əsgər arasında bölüşdürdü. Bələdçilik edən kişiyə
də çoxlu mal verib bir qulluğa qoydular.
Müslimə, özündən
sonra xəzərlərin əlinə keçməsin deyə, qalanın dağıdılmasını
məsləhət gördü. Qoşun sərkərdələri də onun rəyini təsdiq
etdilər. Ancaq Əbdüləziz dedi: bu boş bir xəyaldır; çünki
xəzər tayfası gəlib, onu əvvəlkindən də yaxşı təmir edər.
Nə qədər Dərbənd onların əlində olsa, Ermənistan və Azərbaycan
ölkələri salamat qala bilməz. Müslimə onun sözünü qəbul etməyib,
qala divarının hər iki tərəfdən dağıdılmasına əmr verdi.
Əbdüləzizi də Ermənistan və Azərbaycan hakimi təyin edib Şama
qayıtdı. Xəzər tayfası yenə Dərbəndə gəldi, lakin onlar qalanı
təmir etmədilər. Hər il oradan keçib, Ermənistan və Azərbaycanı
qətl və qarət edirdilər. Bu ölkə əhalisindən peydərpey gələn
şikayətlərə görə, Müslimə ikinci dəfə 40000 qoşunla Dərbəndə
gəldi. Qalanı təmir edərək, burada 5000 nəfər əsgər qoyub,
Şama qayıtdı. Bundan bir neçə il keçdi. Dərbənd mühafizləri
xəzərlərin qorxusundan qaladan bayıra çıxa bilmirdilər. Xəzərlər
dərədən keçib Ermənistan və Azərbaycanı çapırdılar. Ermənistan
və Şirvan hakimi Əbdüləziz Bahili, hərdənbir müdafiəyə qalxışırdısa
da, onları dəf etməyə gücü çatmırdı...
Hicri 103-cü (=722) ildə
Əbdüləziz vəfat etdi. O əsrin xəlifəsi Yəzid ibni-Əbdülməlik[İstinad:
II Yəzid ibni-Əbdülməlik--əməvilərdən doqquzuncu
xəlifədir (101-105=720-724).], Əbü Übeydeyi-Cərrahı 6000 nəfər
əsgərlə Dərbənd mühafizlərinin köməyinə göndərdi. Xaqanın
oğlu da öz qoşunu ilə Həmriyə gəldi. Əbu Übeydeyi-Cərrah Müskürə
gəlib, o ətrafın qalalarındakı qoşunları toplayaraq Rubas çayı
kənarında dayandı. O, Təbərsəran və Qaytağın hələ də islam
dinini qəbul etməmiş olan əmirləri ilə görüşüb dedi: Mən
Ərəbistandan xəzərlərin müharibəsinə gəlmişəm, sizin də
bu xüsusda mənə kömək etmənizi arzu edərdim. Ləzgi rəislərindən
Artanış adlı bir nəfər, bu əhvalatı gizlicə Xaqanın oğluna
bildirdi. Əbu Übeydeyi-Cərrah bundan xəbər tutub, üzdə dedi ki,
guya o, burada ancaq 3 gün dayanacaqdır. Lakin gecə, məşəllərin
işığı ilə Rubas çayından və Dərbənd şəhəri içərisindən
keçdi. O, Avayın çeşməsi yanından, sağ cinah əmirini 2000 atlı
ilə Qaytaq tərəfinə və sol cinah əmirini də 2000 nəfərlə Təbərsəran
tərəfinə çapqına göndərdi. Tapşırdı ki, günəş doğunca
ordugaha qayıtsınlar. Sağ cinah əmiri 12000 qaramal, qoyun və 700
əsirlə, sol cinah əmiri də 40000 qaramal, at, qoyun və 2000 əsirlə
geri qayıtdı. Onlar bunlardan əlavə bir çox başqa qənimətlər
də gətirdilər. Xümsünü çıxdıqdan sonra, bu qənimətlərin
hamısını qoşun arasında bölüşdürdülər. Xəzər şahzadəsi
bu xəbəri eşidəndən sonra, müharibə qəsdilə Həmridən hərəkət
etdi. Əbu Übeydə də qarşıya çıxdı. Dərvaq çayı kənarında
iki qoşun bir-birilə üzləşdi... Hər iki tərəfdən dava təbli
vuruldu, bayraqlar ucaldı, çox şiddətli bir müharibə başlandı.
İki tərəfdən də çox adam qırıldı. Axırda xəzər qoşunu müqavimət
göstərə bilmədi, bütün təchizatını buraxaraq, qaçıb qurtardı.
Müsəlmanlar onları təqib edib qətl və qarət edirdilər. O gün
xəzərlərdən 7000 nəfər və müsəlmanlardan 2000 nəfər öldürülmüşdü.
Xaqanın oğlu çox çətinliklə özünü İnci şəhərinə yetirib
dedi: «Gördüyüm düşmən çox güclüdür, əgər sizə kömək
gəlməzsə, özünüzü qaçmaqla qurtarın». Oradan Bəlxə gedib
Bəlx, Ulu Macar, Kiçi Macar, Qızılyar və sairin hakimlərini Əhran
hakiminə tapşırdı. Ölkənin mühafizəsi üçün lazım gələn
əsgəri tədbirləri görüb, özü paytaxta qayıtdı.
Əbu Übeydeyi-Cərrah Qayakənd
yaxınlığında bir təpə üzərində vaqe olan Həsin qalasını
alıb, indi Tarxu adlanan Səməndər şəhərinə getdi. Buranın əhalisi
təslim oldu. Buradan İnci qalası üzərinə gəldi. Bu qala
bir tərəfdən dağ, o biri tərəfdən dəniz ilə yanaşı idi, dağ
ilə dəniz arasında da bir hasar vardı. Buranın əhalisi, yerin
möhkəmliyinə, su və azuqənin bolluğuna arxalanıb, qalanı müdafiə
etməyi qərarə aldılar... Müsəlmanlar ətrafdan 12000 araba toplayıb,
üzərlərinə taxta yığdılar. Qoşun da bunların ardınca gedərək
şəhərə daxil oldu. İncinin əmiri ərkə sığındı və gecə
bir neçə nəfər rəis və əsgərlə İnci ilə Bəlx arasında olan
Keyvan qalasına qaçdı. Sübh zamanı müsəlmanlar İnci əhalisini
islama dəvət etdilər, qəbul etməyəni öldürdülər və ya əsir
aldılar. İnci qalasını da dağıtdılar.